Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-da “Falling Walls Lab Azerbaijan” innovativ tədqiqat layihələri müsabiqəsi keçiriləcək

AzTU-da “Falling Walls Lab Azerbaijan” innovativ tədqiqat layihələri müsabiqəsi keçiriləcək

2025-05-01
217

Sizi 17.06.2025-cil il tarixində “Falling Walls Lab” layihəsi üzrə “İnnovativ tədqiqat layihələri üzrə müsabiqə” keçiriləcək müsabiqədə iştiraka dəvət edirik. “Falling Walls Lab” müsabiqəsi Azərbaycan Texniki Universitetinin (AzTU) ev sahibliyi, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) AzTU da fəaliyyət göstərən alman dili müəllimi Klaudio Kasperlin təşkilatçılığı, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi və Almaniyanın “Falling Walls” Fondu ilə birgə ilk dəfə olaraq Azərbaycanda keçiriləcək.

“Falling Walls” “İnnovativ tədqiqat layihələri üzrə müsabiqə” hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu layihə ölkədə istedadlı gənclərin öz innovativ tədqiqat layihələrini qlobal miqyasda keçirilən müsabiqədə təqdim etməyə imkan yaratmaqla yanaşı, biznes, elm və siyasi sahənin qabaqcıl nümayəndələri ilə fikir mübadiləsi aparmaq imkanı qazandıracaq. Müsabiqəyə seçilən iştirakçılar üçün uğurlu təqdimat bacarıqları (pitching) üzrə təlim keçiriləcək.

Qalib iştirakçı 7-9 noyabr 2025-ci ildə Berlində keçiriləcək yekun müsabiqədə iştirak hüququ qazanacaq.

Müsabiqədə aşağıdakı meyaralara uyğun şəxslər iştirak edə bilərlər:

· 18 yaşdan yuxarı şəxslər;

· İngilis dili biliyi (təlim və təqdimatlar ingilis dilində keçiriləcək);

· Hazırda təhsil alan bakalavriat, magistratura və ya doktorantura tələbələri;

· Elmi-tədqiqat institutları və universitetlərdə tədqiqatçı qismində fəaliyyət göstərən şəxslər;

· Universitet məzunlari – Universitet məzunları üçün tələblər:

bakalavriat təhsilindən son 10 ildə məzun olmalı;

magistratura təhsilindən son 7 ildə məzun olmalı;

doktorantura təhsilindən son 5 il ərzində məzun olmalı.

· Müsabiqəyə yalnız fərdi müraciətlər qəbul olunur. Qrup müraciətlərinə icazə verilmir. Əgər layihə qrup işidirsə təqdimat edən layihədəki şəxsi töhfəsini aydın şəkildə göstərməlidir. 

Müsabiqədə iştirak edəcək namizədlərin layihə tələbi aşağıdakı tələblərə uyğun olmalıdır:

· Zaman məhdudiyyəti: Hər iştirakçı ideyasını 3 dəqiqə ərzində təqdim etməlidir.

· Təqdimat strukturu:

İştirakçılar təqdimat zamanı həll etmək istədikləri problemi və təklif etdikləri innovativ yanaşmanı aydın şəkildə izah etməlidirlər.

Təqdimat “Falling Walls” Fondu tərəfindən təqdim olunacaq “PowerPoint” şablonu əsasında hazırlanmalıdır.

· Məzmunla bağlı tələb: Təqdimatlarda siyasi və dini məzmunlara icazə verilmir.

Qalib 17.06.2025-cil il tarixində AzTU-da keçiriləcək müsabiqədə münsiflər heyəti tərəfindən seçiləcək. Müsabiqədə iştirak etmək istəyən tələbə və məzunlardan  31.05.2025-ci il tarixinə qədər aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.

Qeydiyyat linki: https://falling-walls.com/falling-walls-lab-azerbaijan   

Əlavə məlumat üçün əlaqələndirici şəxs: Mətanət Paşayeva, Beynəlxalq layihələrin idarə olunması üzrə sektorun müdiri ([email protected])   

Müraciət edənlər üçün ətraflı məlumat: https://falling-walls.com/falling-walls-lab-azerbaijan