Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-da elektron təhsil sistemi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir

AzTU-da elektron təhsil sistemi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir

2025-01-13
326

Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris şöbəsinə elektron təhsil sistemi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir. 

Tələblər:

· Təhsil: Ali;

· İş təcrübəsi: Təhsil sahəsində minimum 1 il iş təcrübəsi;

· Dil bilikləri: Azərbaycan dilini səlis bilməli, rus və ingilis dili arzu olunandır;

· "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin, mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini bilmək;

· Kompüter bilikləri: MS Office proqramlarında sərbəst işləmək bacarığı;

· Dəqiqlik, detallara diqqət, operativlik və zamandan düzgün istifadə bacarıqları. 

Vəzifə öhdəlikləri:

· Yeni qəbul olunmuş tələbələr üçün ETS-ə giriş hesabının yaradılması və giriş məlumatlarının təqdim edilməsi;

· Yeni müəllimlərə ETS hesabının yaradılması və giriş məlumatlarının təqdim edilməsi;

· Müstəqil qrupların yaradılması;

· Daxil olan əmrlərin və xidməti məruzələrin zamanında icra edilməsi;

· Elektron Təhsil Sistemində mövcud olmayan fənlərin yaradılması;

· Yeni ixtisas və ya ixtisaslaşma olarsa ETS-də yaradılması;

· İmtahan cədvəllərinin hazırlanması;

· Müəllimlərin kafedralar siyahısına əlavə edilməsi. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. 

Müraciət üçün son tarix: 30.01.2025-ci il saat 18:00