Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-da elektrik vəzifəsi üzrə vakansiya elan olunur

AzTU-da elektrik vəzifəsi üzrə vakansiya elan olunur

2026-02-17
28

Azərbaycan Texniki Universitetində (AzTU) elektrik vəzifəsi üzrə vakansiya elan olunur.

Tələblər:

• Elektrik mühəndisliyi, elektrotexnika və ya oxşar sahədə orta ixtisas və ya ali təhsil;

• Elektrik avadanlıqları və naqillərlə işləmə təcrübəsi (ən azı 3 il);

• Elektrik sxemlərini oxuma və tətbiqetmə bacarığı;

• Təhlükəsizlik qaydalarına dair biliklər (4-cü və ya 5-ci dərəcəli elektrik vəsiqəsi üstünlükdür);

• Komanda ilə iş bacarığı;

• Məsuliyyətli, operativ və texniki problemləri həlletmə bacarığı. 

Öhdəliklər:

• Universitetin tədris binalarında və inzibati korpuslarında elektrik avadanlıqlarını quraşdırmaq və təmir etmək;

• Elektrik sistemlərinin daim işlək vəziyyətdə olmasını təmin etmək;

• Elektrik naqillərinin çəkilməsi və texniki baxışını aparmaq;

• Elektrik şəbəkəsində baş verən nasazlıqları vaxtında aşkarlamaq və aradan qaldırmaq;

• Mövcud avadanlıqları və qurğuları təhlükəsizlik qaydalarına uyğun yoxlamaq.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 20.02.2026