Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-da Ekonometrika fənni üzrə müəllim vakansiyası elan olunur

AzTU-da Ekonometrika fənni üzrə müəllim vakansiyası elan olunur

2025-10-31
28

Azərbaycan Texniki Universitetinin (AzTU) Rəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları kafedrası 2025/2026-cı tədris ilinin payız semestri üzrə Ekonometrika fənnindən Azərbaycan bölməsində bakalavr səviyyəsində dərs demək üçün müvafiq sahədə təcrübəsi olan müəllimlərin (saat hesabı) işə qəbulunu elan edir. 

Tələblər:

• Ali təhsil: Magistr və ya doktorantura dərəcəsi;

• Tədris sahəsinə uyğun elmi məqalələrin, tədqiqatların və ya layihələrin müəllifi olmaq;

• Ali təhsil müəssisəsində pedaqoji fəaliyyət üzrə ən azı 3 il iş təcrübəsi;

• Fənn proqramlarına uyğun dərs materiallarını hazırlamaq və müasir tədris   metodlarından istifadə etmək bacarığı;

• Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət;

• Yaxşı ünsiyyət və təqdimat bacarıqları;

• Komanda ilə işləmək və akademik mühitə uyğunlaşmaq qabiliyyəti. 

Müraciət qaydası:

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 05.11.2025