Azərbaycan Texniki Universitetinin (AzTU) Keyfiyyətin təminatı şöbəsinə akademik keyfiyyətin qiymətləndirilməsi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
· Ali təhsil (magistr dərəcəsi);
· Keyfiyyət təminatı və təhsilin idarəedilməsi sahəsində təcrübə;
· Dil bilikləri: rus, ingilis və s. dillərdə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı üstünlük olaraq qəbul ediləcək;
· Microsoft Office proqramları və internet resurslarından istifadə bacarığı;
· Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
· Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
· Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
· Monitorinq və qiymətləndirmə bacarığı;
· Təşkilatçılıq bacarığı.
Vəzifə öhdəlikləri:
· Təhsil proqramları və fənn proqramları arasındakı uyğunluğun araşdırılması;
· Fənnin təlim nəticələrinin peşə kompetensiyalarına uyğunluğunun qiymətləndirilməsi;
· İxtisas və ixtisaslaşmalarda tədrisin keyfiyyətini yüksəldən fəaliyyətlərin hesabatlılığının təhlil edilməsi;
· Seçmə fənlərin seçilməsi, təyin edilməsi və çıxarılması ilə bağlı proseslərin izlənməsi;
· Fakültə və kafedralarda fəaliyyətin qiymətləndirilməsi üçün mexanizmlərin tərtibi və nəzarət edilməsi;
· Müəllim-professor və tələbə qiymətləndirilməsi üçün lazımi mexanizmlərin hazırlanması və icrasının koordinasiyası;
· Fakültə, tələbələr və əmək bazarının rəyləri əsasında tərtib edilən proqramların icrasına nəzarətin təmin edilməsi;
· Özünütəhlil hesabatlarının yazılması zamanı məlumatların toplanması;
· Keyfiyyəti yüksəltmək üçün proqram akkreditasyası sonrası verilən tövsiyələrin icrasının təmin olunması;
· Akademik fəaliyyətlərlə əlaqəli hesabatların hazırlanması.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 30.08.2024