Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU 2025-2026-cı tədris ilinin yaz semestri üçün SABAH proqramları üzrə müəllim vakansiyası elan edir

AzTU 2025-2026-cı tədris ilinin yaz semestri üçün SABAH proqramları üzrə müəllim vakansiyası elan edir

2026-02-06
125

Azərbaycan Texniki Universiteti (AzTU) 2025-2026-cı tədris ilinin yaz semestri üçümüvafiq fənləri tədris etmək üçün SABAH proqramları üzrə müəllim vakansiyası elan edir. 

Fənlər:

Ali riyaziyyat

Veb-proqramlaşdırmanın əsasları

Kibertəhlükəsizliyin əsasları

Şəbəkənin əsasları

İnformasiya texnologiyaları

Kompüter sistemləri

Fizika

Xarici dil (ingilis dili)

Xarici dildə işgüzar və akademik kommunikasiya

Ümumi kimya (qeyri-üzvi kimya)

Analitik kimya və instrumental analiz

Separasiya prosesləri

Materiallar haqqında elm

Riyazi analiz

Tələblər:

Müvafiq ixtisas üzrə ali təhsil (Magistr təhsili);

Müvafiq sahə üzrə elmi dərəcə və elmi ad üstünlükdür;

Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;

Dil bilikləri: İngilis dilində sərbəst şəkildə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus  dili və ya əlavə dil biliyi üstünlük olaraq qəbul ediləcək);

Ms Office, Ms Access, MS project proqramları üzrə biliklər;

Azərbaycan Respublikasının Elm haqqında” və Təhsil haqqında qanunları;

Boloniya prosesi haqqında biliklər;

Ali məktəb pedaqogikası, müasir təlim metodları və innovativ tədris texnologiyaları üzrə biliklər;

Tədris planlarının və işçi proqramların hazırlanması və həyata keçirilməsi təcrübəsi;

Elmi-tədqiqat, layihə və innovasiya fəaliyyətlərinin təşkili bacarığı;

Tələbələrlə motivasiyaedici iş aparmaq, onların fərdi və peşəkar inkişafını dəstəkləmək imkanları.

Maraqlanan şəxslərdən mövzu yerinə fənnin adını yazmaqla CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix: 10.02.2026