Azərbaycan Texniki Universiteti əcnəbi tələbələr üçün akademik göstəricilərə əsaslanan təhsil haqqı güzəştləri tətbiq edir!
Şərtlər:
· AzTU-ya fiziki şəxslərlə birbaşa bağlanmış müqavilə əsasında qəbul olunmaq;
· Bakalavriat və magistratura səviyyəsində əyani formada təhsil almaq;
· Hər semestrin sonunda keçirilən imtahan sessiyasında ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) üzrə 91 və daha yuxarı nəticə əldə etmək.
Qaydalar:
· Təhsil haqqına güzəştlər birinci tədris ilinin yaz semestrindən başlayaraq hər semestrin sonundakı imtahan nəticələrinə əsasən müəyyən edilir.
· Təhsil haqqına güzəşt qazanan tələbələr növbəti semestr üzrə illik təhsil haqqının 50%-i miqdarında ödənişdən azad olunurlar.
Ətraflı məlumat üçün: [email protected]
Whatsapp: +994 99 799 41 81