Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbələri Türkiyənin Ankara Universitetində 2025/2026-cı tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.
Qeyd edək ki, Ankara Universitetində tədris ingilis və türk dillərində aparılır. Hər iki dildə ixtisas və fənlərin siyahısına linkə daxil olmaqla baxa bilərsiniz.
Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
- AzTU-nun bakalavr (2-ci və 3-cü kurs) tələbəsi olmaq;
- Ərizə formasını doldurmaq;
- Transkript (ÜOMG minimum 75 bal);
- Dil biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi):
- İngilis dilində tədris olunan proqramlar üçün IELTS/TOEFL sertifikatı olanlar və ingilis dili bölməsində təhsil alanlar müraciət edə bilər.
- Türk dilində tədris olunan proqramlar üçün türk dili sertifikatı təqdim edilməlidir.
Yuxarıda qeyd olunan şərtləri ödəyən tələbələr [email protected] elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlasınlar. Müraciət linki yalnız həmin tələbələrlə paylaşılacaq.
Müraciət üçün son tarix: 14.11.2025
QEYD: Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparıldığına görə Ankara Universitetində 1 semestrlik təhsil haqqı istisna olmaqla, digər bütün xərclər (yol, qalmaq və gündəlik xərclər) tələbənin özü tərəfindən qarşılanacaq.
Əlaqə:
Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)
E-mail: [email protected]
Tel: (+994 12) 539 13 48