AzTU
Təhsil və Proqramlar

Yüksək Təhsil İnstitutu (YTİ)

Müasir mühəndislik mühiti üçün yüksək ixtisaslı, rəqabətədavamlı mütəxəssislərin hazırlanması.

36ixtisas üzrə126ixtisaslaşma mövcuddur

Direktor

Aynurə Manaf qızı İsmayılova

iqtisad üzrə fəlsəfə doktoru, dosent

aynura.ismayilova@aztu.edu.azdaxili 3201I tədris binası, 206 nömrəli otaqCümə, 15:00-19:00

Peşəkar yol

Bioqrafiya

Aynurə İsmayılova layihələrin idarə edilməsi və iqtisadi tədqiqat sahəsində 15 ildən artıq beynəlxalq təcrübəyə malik mütəxəssisdir. O, karyerasına 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasında başlamış, daha sonra UNDP və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin birgə layihəsində layihə meneceri kimi fəaliyyət göstərmişdir. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda şöbə müdiri və direktor müavini vəzifələrində çalışmışdır.

Beynəlxalq maliyyə və inkişaf institutları ilə geniş əməkdaşlıq təcrübəsinə malik olan Aynurə İsmayılova Asiya İnkişaf Bankı (ADB), İslam İnkişaf Bankı (IsDB), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) və TİKA kimi qurumların dəstəyi ilə həyata keçirilən layihələrdə rəhbər və koordinator kimi iştirak etmişdir.

2012–2021-ci illərdə ECO Tədqiqat Mərkəzinin yaradılması üzrə işçi qrupunun üzvü olmuş, regional əməkdaşlıq və analitik hesabatların hazırlanmasına töhfə vermişdir. Onun fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilmiş, 2016-cı ildə Qırğızıstan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təltif olunmuşdur.

Beynəlxalq akademik mühitdə fəal iştirak edən A. İsmayılova Çin, Almaniya və Cənubi Koreyada mübadilə və qonaq tədqiqatçı proqramlarında iştirak etmiş, 40-a yaxın beynəlxalq elmi tədbirdə təmsil olunmuşdur.

2021-ci ildən Azərbaycan Texniki Universitetində fəaliyyət göstərir. Universitet–sənaye əməkdaşlığının inkişafında fəal rol oynayaraq TUSAŞ ilə birgə həyata keçirilən “MGP”, “SKY Global” və “Lift UP” kimi strateji proqramlara rəhbərlik etmişdir. Hazırda İqtisadiyyat və statistika kafedrasının dosenti kimi fəaliyyət göstərir.

Bakı Dövlət Universitetinin məzunu olan Aynurə İsmayılova 2021-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. O, həmçinin layihələrin idarə olunması sahəsində IPMA Level B beynəlxalq sertifikatına malikdir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Akademik yol

Təhsil

  1. 2012-2016

    Dissertantura

    AR İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu (İİETİ)

  2. 2001-2003

    Magistratura

    Bakı Dövlət Universiteti, Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

  3. 1997-2001

    Bakalavriat

    Bakı Dövlət Universiteti, Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

Tədqiqat

Elmi-tədqiqat sahələri

Layihələrin idarə edilməsi
Regional iqtisadi əməkdaşlıq
Universitet–sənaye əməkdaşlığı modelləri
İnnovasiya siyasəti və institusional inkişaf
Ömürboyu öyrənmə və kompetensiya əsaslı təhsil modelləri
Rəqəmsal transformasiya və ali təhsil idarəçiliyi
Yüksək Təhsil İnstitutu (YTİ)