Vəzifələr
Yüksək Təhsil İnstitutunun (YTİ) İdarə Heyətinin vəzifələri
- 01YTİ-nin strateji fəaliyyət istiqamətlərini müəyyən etmək, 5 və 10 illik müddətləri əhatə edən orta və uzunmüddətli strateji inkişaf planlarını hazırlamaq;
- 02YTİ-nin Elmi Şurası tərəfindən qəbul edilən və İnstitut direktoru tərəfindən təqdim olunan illik fəaliyyət planlarını təsdiq etmək;
İdarə Heyəti ictimai əsaslarla fəaliyyət göstərir.
Səlahiyyətlər
İdarə Heyətinin hüquqları
- 01YTİ-nin adından sənaye müəssisələri ilə tərəfdaşlıq əlaqələri qurmaq;
- 02YTİ-nin illik fəaliyyəti barədə birbaşa AzTU-nun Elmi Şurasına və Rektoruna hesabat vermək
Kim təmsil olunur
İdarə Heyətinin tərkibi
- 01İdarə Heyətinin tərkibi 10 üzv və 1 sədrdən ibarətdir;
- 025 üzv AzTU-dan, 6 üzv sənaye müəssisələrindən müəyyən olunur;
- 03AzTU-dan olan üzvlər Rektorun əmri ilə təyin olunur. Onlardan bir nəfər İdarə Heyətinin sədri təyin edilir.
- 04Sənaye müəssisələrini təmsil edən 6 üzv AzTU rektorunun (və ya tədris işləri üzrə prorektorun) rəsmi müraciəti əsasında iri müəssisələr tərəfindən təqdim edilən nümayəndələrdən formalaşır. Hər müəssisəni yalnız 1 (bir) nümayəndə təmsil edə bilər.
- 05İdarə Heyətinin üzvləri 1 (bir) il müddətinə təyin olunur və hər il yenidən formalaşdırılır.
- 06Sənaye müəssisələri eyni şəxsi qeyri-məhdud sayda üzv kimi təqdim edə bilər.
- 07AzTU-dan olan üzv (sədr daxil olmaqla) ardıcıl iki dəfədən artıq təyin oluna bilməz.
Namizədlərə tələblər
İdarə Heyətinin üzvlərinə olan tələblər
Sənaye müəssisələrindən olan üzvlər üçün: Strateji inkişaf şöbəsinin müdiri, İdarə Heyətinin üzvü, İcraçı Direktorun müavini və digər qərar qəbul edən rəhbər şəxs olmalıdır.
AzTU-dan təyin olunan üzvlər üçün: Ən azı fəlsəfə doktoru elmi dərəcəsi; minimum 1 il elmi-pedaqoji təcrübə; minimum 1 il inzibati idarəetmə təcrübəsi (dekan, kafedra müdiri, şöbə müdiri və s.). Dövlət və özəl müəssisələrdə təcrübəsi olanlara üstünlük verilir.
İdarə Heyəti
İdarə Heyətinin sədri
İdarə Heyətinin sədri i.e.f.d. F.O.Məmmədovdur (fariz.mammadov@aztu.edu.az).

