Ümumi məlumat
İnstitut haqqında
Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində fəaliyyət göstərən Yüksək Təhsil İnstitutu universitetin Elmi Şurasının 27 dekabr 2021-ci il tarixli qərarı ilə yaradılmışdır. İnstitut AzTU-da magistratura və doktorantura səviyyələrində təhsil və elmi-tədqiqat fəaliyyətlərinin mərkəzləşdirilmiş şəkildə təşkili və inkişafını təmin edən əsas struktur bölmələrdən biridir.
İnstitutun yaradılmasında əsas məqsəd müasir dövrün tələblərinə uyğun, yüksək ixtisaslı, rəqabətqabiliyyətli və innovativ düşüncəyə malik mütəxəssislərin hazırlanması, həmçinin elmi fəaliyyətin keyfiyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.
Nəyə çalışırıq
Missiya və strateji istiqamətlər
Yüksək Təhsil İnstitutunun missiyası texniki və mühəndislik sahələri üzrə müasir bilik və bacarıqlara malik, analitik və yaradıcı təfəkkürlü, tədqiqat və idarəetmə qabiliyyətləri inkişaf etmiş peşəkar kadrlar yetişdirməkdir. İnstitut eyni zamanda elmi fəaliyyətin inkişafına töhfə verməyi, innovativ yanaşmaları təşviq etməyi və universitetin beynəlxalq akademik mühitə inteqrasiyasını gücləndirməyi hədəfləyir.
- 01Magistratura və doktorantura səviyyələrində tədrisin təşkili və koordinasiyası
- 02Elmi-tədqiqat fəaliyyətlərinin inkişafı və idarə olunması
- 03Gənc tədqiqatçıların hazırlanması və akademik potensialın gücləndirilməsi
- 04Beynəlxalq və yerli elmi layihələrdə iştirakın təşviqi
- 05Sənaye və istehsalatla əlaqələrin gücləndirilməsi
Magistratura
Təhsil imkanları
İnstitut magistratura səviyyəsində geniş ixtisas və ixtisaslaşma spektri üzrə təhsil təklif edir. Hazırda:
36
ixtisas üzrə
126
ixtisaslaşma mövcuddur
Tədris çoxdilli mühitdə təşkil olunur və aşağıdakı dillərdə aparılır:
Bu yanaşma tələbələrin beynəlxalq akademik və peşəkar mühitə daha asan inteqrasiyasına imkan yaradır.
Elm və innovasiya
Elmi-tədqiqat fəaliyyəti
Yüksək Təhsil İnstitutu elmi-tədqiqat işlərinin təşkili və inkişafına xüsusi önəm verir. İnstitut magistrant, doktorant və dissertantlara elmi fəaliyyətin bütün mərhələlərində dəstək göstərir. Bu dəstək aşağıdakı istiqamətləri əhatə edir:
- 01Elmi tədqiqatların planlaşdırılması və aparılması
- 02Dissertasiya mövzularının aktual və tətbiqyönümlü istiqamətlər üzrə seçilməsi
- 03Sənaye problemlərinə yönəlmiş tədqiqatların təşviqi
- 04Beynəlxalq elmi jurnallarda nəşrlərin dəstəklənməsi
- 05Elmi konfrans və simpoziumlarda iştirak imkanlarının yaradılması
İnstitut həmçinin müasir elmi nailiyyətləri və innovativ texnologiyaları izləyərək onların tədris və tədqiqat prosesinə inteqrasiyasını təmin edir.

