Qazaxıstanın Satbayev Universitetində 1 semestr mübadilə imkanı
Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbələri Qazaxıstanın K.İ. Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetində (Satbayev Universiteti) 2026/2027-ci tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.
Qeyd edək ki, Satbayev Universitetində tədris qazax, rus və ingilis dillərində aparılır. Tədris olunan ixtisasların siyahısı ilə linkə daxil olaraq tanış ola bilərsiniz.
Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
- AzTU-nun bakalavr (2-ci və 3-cü kurs) tələbəsi olmaq;
- Ərizə forması (Application Form);
- Transkript (ÜOMG minimum 75 bal);
- Dil biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi).
QEYD: Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparıldığına görə Satbayev Universitetində bir semestrlik təhsil haqqı istisna olmaqla, digər bütün xərclər (yol, qalmaq və gündəlik xərclər) tələbənin özü tərəfindən qarşılanacaq.
Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri international@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.
· İngilis və ya rus dili biliyi üzrə sertifikatı olanlar və ingilis/rus dili bölmələrində təhsil alanlar birbaşa seçiləcək.
Müraciət üçün son tarix: 12.11.2026
Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)
E-mail: international@aztu.edu.az

