Almaniyanın Rostok Universitetində 1 semestr mübadilə imkanı
Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbələri Almaniyanın Rostok Universitetində 2026/2027-ci tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.
Qeyd edək ki, Rostok Universitetində tədris alman və ingilis dillərində aparılır. Hər iki dildə ixtisas və fənlərin siyahısına linkə daxil olmaqla baxa bilərsiniz.
Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
- AzTU-nun bakalavr (2-ci və 3-cü kurs) tələbəsi olmaq;
- Ərizə forması (Application Form);
- Transkript (ÜOMG minimum 75 bal);
- İngilis və ya alman dili biliyini təsdiq edən yalnız linkdə qeyd olunan müvafiq sertifikat (ingilis dili üçün minimum B2, alman dili üçün minimum B1)
QEYD: Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparıldığına görə Rostok Universitetində 1 semestrlik təhsil haqqı istisna olmaqla, digər bütün xərclər (yol, qalmaq və gündəlik xərclər) tələbənin özü tərəfindən qarşılanacaq.
Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri international@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.
Müraciət üçün son tarix: 30.11.2026
Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)
E-poçt: international@aztu.edu.az

