Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin Kitabxana sistemləri və rəqəmsallaşdırma üzrə iş şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan olunur.
Vəzifə öhdəlikləri:
· Kitabxana sistemi və digər kitabxana texnologiyalarının gündəlik iş axışına nəzarət və dəstək, Web əsaslı kataloqu, kataloqlaşdırma və dövriyyə modulları və kompüter sistemlərinin səmərəli isitfadəsi üçün texniki dəstəyin təmin edilməsi;
· Kitabxananın digər şöbələrinin əməkdaşlarına mərkəzi sistem, kitabxana texnologiyaları, əməliyyat sistemləri (Windows, Mac və Linux) və digər ofis texnologiyalarının idarə edilməsində texniki dəstək;
· Kitabxana saytının qurulması, rəhbərlik, baş məsləhətçi tərəfindən edilən dəyişikliklərin icrası;
· OJS jurnal sisteminin vebsaytında dizayn dəyişikliklərinin həyata keçirilməsi;
· Repozitariya ilə bağlı tələblərin icrası və ümumiyyətlə elektron arxiv sistemləri və rəqəmsallaşdırma texnologiyaları ilə işləmək;
· Kitabxana təhlükəsizlik sistemlərinin (RFİD) tətbiqi və menecmenti;
· Web texnologiyaları və web səhifələrinin nəzarətdə saxlanılması və dizayn işinin həyata keçirilməsi;
· Elektron resurların – akademik databazalar, elektron kitablar və jurnallar istifadəsində yaranmış problemlərin həll olunmasını təmin etmək;
· Kitabxana texnologiyaları və İT sistemləri ilə əlaqədar təlimlərdə iştirak.
Tələblər:
· Komanda ilə və fərdi şəkildə işləmək bacarığı;
· Kitabxana və təhsil texnologiyalarının mövcud problemləri və meyarları haqqında anlayış və məsələlərə geniş prizmadan yanaşmaq bacarığı;
· Analitik düşüncə və problemləri həll etmə bacarıqlarının olması;
· Akademik kitabxanalarda beynəlxalq texnologiyanın üzləşdiyi tendensiyalar və məsələlər haqqında məlumatlı olması üstünlükdür.
· Front-end proqramlaşdırma bacarıqları:
· JavaScript
· HTML və CSS
· Sass
· Xml
· Vite.js
· ReactJS
· MaterialUI
· Back-end proqramlaşdırma bacarıqları:
· C#
· PHP (TPL)
· ASP.net
· Entity Framework
· Serilog
Verilənlər Bazası (Database) bacarıqları:
· MS SQL
· PostgreSQL
· MySQL
Maraqlanan şəxslər müraciət üçün CV-ni " Kitabxana sistemləri və rəqəmsallaşdırılma üzrə aparıcı mütəxəssis " başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 31.01.2024