Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbələri İtaliyanın Roma Sapienza Universitetində 2026/2027 tədris ilinin payız semestrində təhsil almaq üçün müraciət edə bilərlər.
Qeyd edək ki, Roma Sapienza Universitetində tədris italyan və ingilis dillərində aparılır. Hər iki dildə ixtisas və tədris planları ilə (https://corsidilaurea.uniroma1.it/en) linkinə keçid edərək tanış ola bilərsiniz:
Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
- AzTU-nun bakalavr (1-ci və 2-ci kurs) tələbəsi olmaq;
- Ərizə forması (Application Form);
- Transkript (ÜOMG minimum 75 bal);
- İngilis və ya italyan dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi).
QEYD: Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparıldığına görə Roma Sapienza Universitetində bir semestrlik təhsil haqqı istisna olmaqla, digər bütün xərclər (yol, qalmaq və gündəlik xərclər) tələbənin özü tərəfindən qarşılanacaq.
Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.
· İngilis dili biliyi üzrə IELTS/TOEFL sertifikatı olanlar və ingilis dili bölməsində təhsil alanlar birbaşa seçiləcək.
Müraciət üçün son tarix: 14.04.2026
Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)
E-mail: [email protected]