Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris şöbəsinə AOİTAS sistemi mütəxəssisi vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
· Ali təhsil;
· AOİTAS sistemləri üzrə minimum 2 il təcrübə;
· Azərbaycan dilini səlis bilmək (ingilis dili biliyi üstünlükdür);
· "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin, mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini bilmək;
· Təhsil proqramları və tədris planları ilə işləmək;
· Ms Office proqramları, SQL, PHP, Python və ya digər proqramlaşdırma dillərində təcrübə və biliklər;
· Komanda ilə işləmək bacarığı, liderlik, analitik düşünmə;
· Problemləri həlletmə bacarıqlarının olması.
Vəzifə öhdəlikləri:
· Təhsilalanlar üzrə məlumatları sistemə əlavə etmək və təhsilalanların məlumatlarının düzgünlüyünün yoxlanılması;
· Əmrlərin sistemə əlavə edilməsi;
· İxtisaslar, tədris planı üzrə məlumatları sistemə əlavə etmək;
· Kafedra üzrə məlumatları sistemə əlavə etmək;
· Qrup və qiymətlər üzrə məlumatları sistemə əlavə etmək;
· Yaranmış problemlərlə bağlı ETN-nin müvafiq qurumları ilə əlaqə saxlamaq və problemi həll etmək;
· Magistratura və bakalavriat səviyyələri üzrə qeydiyyatın təşkili, sənədlərin düzgünlüyünün yoxlanılması, sistem üzərində yaranmış problemlərin qeyd olunan vaxt ərzində həll edilməsi və vətəndaş müraciətlərinin cavablandırılması;
· Təkrar ali təhsilə qəbulun təşkilinə nəzarət, doktoranturaya qəbulun təşkili, sistem üzərində yaranmış problemlərin qeyd olunan vaxt ərzində həll edilməsi;
· Köçürülmə prosesinin sistem üzərindən həyata keçirilməsini tənzimləmək;
· Sistem üzərindən müxtəlif statistikaların hazırlanması;
· Sistemlərin düzgün işləməsini təmin etmək, lazımi baxım və yeniləmələri həyata keçirmək;
· AOİTAS sistemini digər təhsil idarəetmə və proqram təminatları ilə inteqrasiya edərək, məlumat axını və idarəetməni optimallaşdırmaq;
· AOİTAS sistemində məlumat təhlükəsizliyini təmin etmək və məlumatların yedəklənməsini həyata keçirmək;
· AOİTAS sisteminin istifadəsi ilə bağlı hesabatlar hazırlamaq və təhlil etmək.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 05.02.2025-ci il saat 18:00