AzTU-da 2026/2027-ci tədris ili üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir
Azərbaycan Texniki Universitetində (AzTU) 2026/2027-ci tədris ilində ödənişli təkrar ali təhsil almaq üçün aşağıdakı ixtisaslarda əyani və qiyabi təhsil formaları üzrə sənəd qəbulu davam edir.
6004001-Beynəlxalq ticarət və loqistika*
6004002-Biznesin idarə edilməsi*
6004004-İqtisadiyyat*
6004005-Maliyyə
6004005-Maliyyə*
6004006-Marketinq*
6004007-Menecment*
6005012-Statistika*
6005009-Kompüter elmləri
6006001-Aerokosmik mühəndislik
6006004-Cihaz mühəndisliyi
6006007-Ekologiya mühəndisliyi
6006008-Elektrik və elektronika mühəndisliyi
6006009-Energetika mühəndisliyi
6006015-Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
6006017-İnformasiya təhlükəsizliyi*
6006016-İnformasiya texnologiyaları*
6006020-Kimya mühəndisliyi
6006022-Kompüter mühəndisliyi
6006024-Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
6006025-Maşın mühəndisliyi
6006026-Materiallar mühəndisliyi
6006032-Mədən mühəndisliyi
6006031-Metallurgiya mühəndisliyi
6006027-Mexanika mühəndisliyi
6006028-Mexatronika və robototexnika mühəndisliyi
6006035-Nəqliyyat mühəndisliyi
6006038-Proseslərin avtomatlaşdırılması mühəndisliyi
6006023-Qida mühəndisliyi
6006039-Radiotexnika və telekommunikasiya mühəndisliyi
6006040-Sənaye mühəndisliyi
6008005-Nəqliyyatda servis
Sənədlərin qəbulu (elektron qaydada):
Təkrar ali təhsilə sənəd qəbulu elektron qaydada https://portal.edu.az/ vasitəsilə həyata keçirilir.
Aşağıdakı sənədlərin elektron surətinin sistemə daxil edilməsi tələb olunur:
Diplomun elektron surəti
Diplomun əlavəsinin elektron surəti
Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış. (my.gov.az portalından istifadə edə bilərsiniz)
İş yerinə dair arayış/əmək kitabçasının elektron surəti
Fəaliyyət göstərdiyi müəssisənin razılıq məktubu (Xüsusi dövlət orqanlarında işləyənlərə şamil olunur)
Şəxsiyyət vəsiqəsinin surəti
Sənədlərin qəbulu (rəsmi qaydada):
·Təkrar ali təhsilə sənəd qəbulu 08 iyun 2026-cı il tarixindən 31 avqust 2026-cı il tarixinədək həyata keçirilir.
·İddiaçılar şənbə. bazar və bayram günləri istisna olmaqla, saat 10:00-dan 17:00-dək Azərbaycan Texniki Universitetinin inzibati binasında (H.Cavid prospekti, 25, 1-ci tədris binası, otaq 127, 1-ci mərtəbə) ünvanında təqdim edir.
·Əlavə sənədlər:
Rektorun adına Ərizə (AzTU-da yazılır)
Əlaqə:
·Şərəfxanım ƏLİYEVA,
Ömurboyu Öyrənmə Məktəbi, Təkrar ali təhsil üzrə proqram meneceri
·Ünvan:
Azərbaycan Texniki Universiteti, H.Cavid prospekti, 25,
1-ci tədris binası, otaq 127, 1-ci mərtəbə
Mob. /Whatsapp: (+994 10) 228 36 67
E-poçt: ikincitehsil@aztu.edu.az
Qeyd:
· 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.
·Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron və rəsmi qaydada təqdim etdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil hüququnu qazanacaqlar.
·Təkrar ali təhsil almaq üçün əvvəlki ali təhsili fərqli və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisəsində müsabiqə komissiyası tərəfindən müəyyən edilir.
·Təhsil ödənişlidir. Təhsil haqqı ayrı-ayrı ixtisaslara uyğun olaraq, müəyyən edilmişdir (siyahı əlavə olunur).
·Təhsil Azərbaycan və rus dilində aparılır.
· * işarəsi ilə əyani və qiyabi hər iki formada təhsil aparılan ixtisaslar işarələnmişdir. Qiyabi təhsilə qəbul yalnız əvvəlki təhsil üzrə əvəzlənən fənlərin kredit sayı tələbənin üçüncü kursdan təhsil almasına imkan verdiyi halda həyata keçirilir.
· Dərslər saat 18:30-da başlayır.

