Azərbaycan Texniki Universitetində (AzTU) Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan nümayəndəliyi və Gebze Organize Sanayi Bölgesi (GOSB) texnoparkının əməkdaşları ilə görüş keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru Mehmet Şimşir və AzTU-nun nümayəndələri iştirak edib.
Rektor Vilayət Vəliyev qonaqları salamlayaraq universitetin fəaliyyəti, mühəndislik və texnologiya istiqamətində təşəbbüsləri haqqında məlumat verib.
Daha sonra MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli çıxış edərək təşkilatın ölkəmizdəki fəaliyyəti və sahibkarlıq ekosisteminin inkişafına verdiyi töhfələrdən danışıb. TAU-nun prorektoru Mehmet Şimşir universitetin təhsil və innovasiya sahəsindəki fəaliyyətini qonaqlarla bölüşüb.
Görüş zamanı hər iki universitetlə əməkdaşlıq imkanları müzakirə edilib.