AzTU müəllimi Bursa Uludağ Universitetində mühazirə oxuyub
Azərbaycan Texniki Universitetinin (AzTU) Mexatronika və proseslərin avtomatlaşdırılması kafedrasının baş müəllimi Zaur Aşurov Orhun Mübadilə Proqramı çərçivəsində Türkiyənin Bursa Uludağ Universitetində (BUU) akademik mübadilədə iştirak edib.
O, BUU-nun Elektrik və elektronika kafedrasında bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrə, eləcə də kafedranın professor-müəllim heyətinə mühazirələr oxuyub.
Mübadilə müddətində Zaur Aşurov kafedranın tədris auditoriyaları, laboratoriyaları, dərslikləri və tədris proqramları ilə tanış olub, birgə əməkdaşlıq imkanlarını müzakirə edib.
Səfər çərçivəsində Zaur Aşurov həmçinin BUU ilə əməkdaşlıq edən sənaye müəssisələri və həmin müəssisələrdəki istehsalat prosesləri ilə tanış olub.








