Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da Ulu Öndərin anadan olmasının 102 illiyinə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndərin anadan olmasının 102 illiyinə həsr olunan tədbir keçirilib

10.05.2025     52     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyə-Azərbaycan Universitetinin (TAU) birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunan tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirin moderatoru AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev açılış nitqi ilə çıxış edərək, Ulu Öndərin Azərbaycan xalqı qarşısında tarixi və əvəzsiz xidmətlərindən danışıb.

AzTU-nun rektoru Vilayət Vəliyev görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin elm və təhsil strategiyasından danışıb. Bildirib ki, Ulu Öndər ölkədə savadlı kadrların hazırlanmasına hər zaman önəm verirdi.  Qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyev türk dünyasının lideri idi. Azərbaycanla türk dünyası arasında bütün sahələrdə əlaqələrin qurulmasında Ulu Öndərin əvəzsiz xidmətləri olub. Azərbaycançılıq ideologiyasının yaranması və inkişafı da məhz Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndərin memarı olduğu Azərbaycanın bütün sahələrdə inkişafı bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra TAU-nun prorektoru Mehmet Şimşir, AzTU-nun Humanitar fənlər kafedrasının dosenti Akif Nağı çıxış edib. Qeyd olunub ki, xalqın yaddaşında xilaskar obrazı ilə qalan Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib. Bu günün qalib Azərbaycanı məhz Ulu Öndərin siyasətinin təntənəsidir. Fədakarlığın və mübarizliyin rəmzi olan ümummili lider Heydər Əliyev hər zaman sevgi və qürurla xatırlayacağımız dahi şəxsiyyətdir.


Digər xəbərlər