Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News “Konstitusiya və Suverenlik İli” və AzTU-nun 75 illiyi çərçivəsində AzTU Məzun Assosiasiyasının II Zirvə Görüşü keçirilib

“Konstitusiya və Suverenlik İli” və AzTU-nun 75 illiyi çərçivəsində AzTU Məzun Assosiasiyasının II Zirvə Görüşü keçirilib

08.12.2025     93     AzTU

“Konstitusiya və Suverenlik İli” və Azərbaycan Texniki Universitetinin (AzTU) 75 illiyi çərçivəsində AzTU Məzun Assosiasiyasının II Zirvə Görüşü keçirilib. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Məzunları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, tədbir həm “Konstitusiya və Suverenlik İli”nə, həm də universitetin 75 illik yubileyinə həsr olunub. Rektor deyib ki, AzTU-da vətənpərvərlik ruhu, tələbələrin Vətən sevgisi həmişə ön planda olub. AzTU tələbə və məzunları Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda aparılan istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsində hər zaman ön sıralarda döyüşüb. Bununla yanaşı, AzTU 75 il ərzində Azərbaycan elminə, o cümlədən ölkənin sənaye və iqtisadiyyatına mühüm töhfələr verən görkəmli şəxsiyyətlər bəxş edib.  

Hazırda AzTU məzunları dövlət qurumları və özəl şirkətlərdə, eyni zamanda xarici ölkələrdə müxtəlif vəzifələrdə çalışırlar. Bütün bunlar AzTU-nun zəngin elmi ənənələri olan, tələbələrinə xüsusi diqqət və qayğı ilə yanaşan ali təhsil müəssisəsi olduğunu göstərir.

AzTU-nun məzunu, Azərbaycan Metrologiya İnstitutunun baş direktorunun müavini Madar Quliyev AzTU Məzun Assosiasiyasının birillik fəaliyyəti ərzində məzunların məşğulluğu və karyera inkişafı ilə bağlı geniş təqdimatla çıxış edib.

AzTU məzunu, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev çıxışı zamanı mühəndislik peşəsinin dünyada əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün bütün sahələrdə mühəndis kadrlara ehtiyac var. O həmçinin qeyd edib ki, məzunlar universitet illərində öyrəndikləri biliklərlə kifayətlənməməli, mühəndisliklə bağlı müasir dövrün tələblərinə uyğun informasiyaları mənimsəmək üçün mütəmadi olaraq ali təhsil müəssisəsinin imkanlarından yararlanmalıdırlar.

AzTU məzunu və əməkdaşı Günel Məmmədli yaxın vaxtlarda istifadəyə veriləcək AzTU Məzun Platformasının iş prinsipi və qeydiyyat prosesi barədə ətraflı məlumat verib.

Sonra AzTU haqqında videoçarx nümayiş olunub.

AzTU məzunu, Milli Məclisin deputatı Mixail Zabelin də öz növbəsində Məzun Assosiasiyasının II Zirvə Görüşünün təşkilinə görə universitet rəhbərliyinə təşəkkür edib.

1988-2003-cü illərdə universitetin Elektron hesablama maşınları kafedrasının dosenti vəzifəsində çalışmış AzTU məzunu Abil Əliyev tələbəlik illərinin xatirələrindən danışıb.

AzTU-nun türkiyəli məzunları “Kar Tem Temizlik” şirkətinin rəhbəri Özcan Karavar, “Galata Medikal” və “CTR Group CIS” şirkətlərinin həmtəsisçisi Ertuğrul Altıntaş Türkiyədən məhz bu tədbirdə iştirak etmək üçün Azərbycana gəldiklərini bildiriblər. Onlar tələbələik illəri ilə bağlı xatirələrini bölüşüblər.

Tədbir beynəlxalq müsabiqələr laureatı, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin solistləri Aynur İsgəndərli və Kənan Qədimovun ifası ilə davam edib.


Related news