Azərbaycan Texniki Universitetinin (AzTU) 6 tələbəsi 2024/2025-ci tədris ilinin payız semestrində “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq.
Belə ki, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin II kurs tələbələri Mir İsmayl Sadıqov və Ziyad Muradov İtaliyanın Roma Sapienza Universitetində, həmin fakültənin III kurs tələbələri Nihad Bəkirli və Hüseyn Murtuzov müvafiq olaraq Türkiyənin İstanbul Gedik Universiteti və Atatürk Universitetində, Maşınqayırma və robototexnika fakültəsinin III kurs tələbəsi Vaqif Haşımov Polşanın Rzeszow Texnologiya Universitetində, Yüksək Təhsil İnstitutunun magistrantı Şükür Alıyev Almaniyanın Brandenburq Texniki Universitetində bir semestrlik təhsil almaq hüququ qazanıblar.
AzTU-nun rektoru Vilayət Vəliyev tələbələrlə görüşüb, onlara dərslərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.