Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsində (HİK) 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə universitetin müharibə iştirakçısı olan müəllimləri ilə görüş keçirilib. AzTU HİK-in sədri Elvin Bəxtiyarlı bildirib ki, universitetin İnformasiya və telekommunikasiya texnologiyaları və Xüsusi texnika və texnologiya fakültələrinin müəllimləri Vətənimizin ərazi bütövlüyünün qorunmasında və müdafiəsində qəhrəmanlıq göstəriblər. Qeyd olunub ki, AzTU müəllimlərinin Vətən uğrunda göstərdikləri igidlik gələcək nəslin vətənpərvər ruhda tərbiyə olunmasında vacib rol oynayır.
O da qeyd olunub ki, ATİAHİ RK-nin və AzTU HİK-in müvafiq qərarı ilə AzTU-nun müharibə iştirakçısı olan 7 müəllimi Beynəlxalq Müəllimlər Günü münasibətilə pul mükafatı ilə mükafatlandırılıb.