Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da "İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” adlı II beynəlxalq elmi-texniki konfrans keçirilir

AzTU-da "İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” adlı II beynəlxalq elmi-texniki konfrans keçirilir

04.12.2024     300     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU), İnformasiya Texnologiyaları İnstitutuİdarəetmə Sistemləri İnstitutu, Milli Müdafiə Universiteti, Naxçıvan Dövlət Universiteti, Türkiyənin İstanbul Texniki Universiteti və Qazi Universitetinin təşkilatçılığı ilə “İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” adlı II beynəlxalq elmi-texniki konfransı öz işinə başlayıb.

AzTU-da təşkil olunan konfransda qonaqları salamlayan rektor Vilayət Vəliyev müasir dövrdə infokommunikasiya, süni intellekt, idarəetmə sistemləri, informasiya təhlükəsizliyi, radioelektron və aerokosmik sistemlər kimi sahələrin inkişafının önəmindən danışıb. Bildirib ki, bu istiqamətdə universitetlər və institutlar birgə tədqiqatlar aparmalı, yeni modellər ortaya qoymalıdırlar.

Tədbirin əhəmiyyətindən danışan rektor bildirib ki, konfransa Azərbaycan, Türkiyə, Rusiya, Almaniya, Belarus, Qazaxıstan, İsveç, Özbəkstan, Ukrayna, Hindistan və s. ölkələrdən 150-dən çox məqalə daxil olub. Məruzələrin sayının çox olması infokommunikasiya sistemləri, kibertəhlükəsizlik, radioelektron, idarəetmə sistemləri, mütərəqqi istehsal və süni intellekt texnologiyaları sa­hələrinin problemlərini məruzəçilərin hər birinin nöqteyi-nəzərindən öy­rə­nil­mə­sinə, təcrübə mübadiləsi aparılmasına və müzakirəyə qoyulan problemlərin həlli üçün alqoritmin və yeni metodların formalaşdırılmasına imkan verəcək.

Daha sonra İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Aliquliyev, Türkiyə-Azərbaycan Universitetinin prorektoru professor Mehmet Şimşir, Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin dosenti Olqa Boipraf, AzTU-nun Radiotexnika və telekommunikasiya kafedrasının dosenti Aqil Mövsümov çıxış edib. Qeyd olunub ki, konfransın keçirilməsində əsas məqsəd elm, təhsil və tədqiqat sahələrinin vahid informasiya infrastrukturunun tələblərinə uyğun yaradılması və bu sektorların dördüncü sənaye inqilabının əsas prinsipləri bazasında effektivliyinin yüksəldilməsini təmin edən, elmi və texniki zəmin yaradan perspektiv konsepsiyaların, rəqəmsal, kvant və intellektual texnologiyaların formalaşdırılmasıdır.

Qeyd edək ki, konfransa təqdim olunan məqalələr nüfuzlu xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan 6 jurnalda çap olunmaq üçün tövsiyə ediləcək.

Beş bölmədə işini davam etdirən konfrans dekabrın 5-i yekunlaşacaq 


Related news