AzTU-da maarifləndirmə aksiyası: "Sağlam gələcək sənin əlindədir"
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycan Texniki Universitetində (AzTU) "Sağlam gələcək sənin əlindədir" adlı maarifləndirmə aksiyası təşkil edilib.
Fəaliyyət planına uyğun olaraq və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının zərərli dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2026–2030-cu illər Dövlət Proqramının icrası İİV/QİÇS və narkomaniyanın fəsadlarına həsr olunmuş maarifləndirici tədbirlər üçün nəzərdə tutulub.
Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Samirə Vəliyeva xüsusi təqdimatla çıxış edərək İnsanın İmmunçatışmazlığı Virusu (İİV), Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS), yoluxma yolları, qorunma üsulları və müalicə imkanları haqqında ətraflı məlumat verib.
Gənclər sağlam həyat tərzinə üstünlük verməyə və məsuliyyətli davranmağa çağırılıb, həmçinin narkomaniyanın fəsadlarından danışılıb.
Tədbir interaktiv formatda davam edib, tələbələrin sualları cavablandırılıb, sonda maarifləndirici broşür və bukletlər paylanıb.





