Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib

AzTU-da Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib

02.02.2026     48     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. 

AzTU Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən prorektor Rəşad Əliyev Azərbaycan Gəncləri Günü münasibətilə universitetin gənc əməkdaşlarını və tələbələri təbrik edib, onların ölkənin müxtəlif sahələrinin inkişafında mühüm rolunu xüsusi vurğulayıb. O, gənclərin müasir dövrün çağırışlarına uyğun bilik və bacarıqlara yiyələnməsinin dövlətin və ali təhsil müəssisələrinin prioritet istiqamətlərindən biri olduğunu deyib. Rəşad Əliyev AzTU-da gənclərin hərtərəfli inkişafı üçün yaradılan imkanlardan da danışıb. 

Tədbir çərçivəsində təhsil, elm, ictimai fəaliyyət və universitet həyatında göstərdikləri fəallığa görə bir qrup əməkdaş və tələbə fəxri fərman və hədiyyələrlə təltif olunub

Sonda AzTU Həmkarlar İttifaqı Komitəsinin sədri Lalə Piriyeva gəncləri təbrik edib, onların sosial rifahının yüksəldilməsi, həmçinin hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. O, gənclərin təşəbbüskarlığını və fəallığını daim dəstəkləməyin vacibliyini qeyd edərək, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.


Related news