Qazaxıstan universitetinin magistrantları AzTU-da təcrübə keçəcəklər
Qazaxıstan Respublikasının Karaqanda Texniki Universitetinin magistrantları Azərbaycan Texniki Universitetində (AzTU) iki həftəlik təcrübə keçəcəklər.
İki universitet arasında əməkdaşlıq çərçivəsində təşkil olunan mübadilə proqramında nəqliyyat, nəqliyyat avadanlığı və texnologiyaları ixtisası üzrə təhsil alan magistrantlar iştirak edəcəklər.
Təcrübənin məqsədi magistrantların elmi və peşəkar biliklərini artırmaq, onların müasir tədqiqat istiqamətləri ilə tanışlığını təmin etmək, həmçinin universitetlər arasında akademik əlaqələri genişləndirməkdir.
Proqram çərçivəsində magistrantlar AzTU-da aparılan elmi-tədqiqat işləri, qabaqcıl tədris texnologiyaları və praktiki təcrübə ilə tanış olacaq, öz tədqiqat istiqamətləri üzrə bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.











