“Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” (LMQS) layihəsi üzrə Fransada növbəti menecment görüşü keçirilib. Görüş layihənin koordinatoru Yunanıstanın Qərbi Attika Universitetinin təşkilatçılığı və Fransanın Cote d'Azur Universitetinin ev sahibliyi ilə təşkil olunub. Layihə Avropa Birliyinin maliyyələşdirdiyi “Erasmus+KA2” proqramı çərçivəsində ali təhsildə potensialın artırılması istiqaməti üzrə həyata keçirilir.
Səfərdə Azərbaycan Texniki Universitetini (AzTU) layihənin koordinatoru professor Həsən Hüseynov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah təmsil edib. Görüşdə layihənin Avropa, həmçinin Qazaxıstan və Azərbaycandan olan tərəfdaşlarının nümayəndələri də iştirak ediblər.
Menecment görüşündə Qərbi Attika, Cote d'Azur, Azərbaycan və Qazaxstan universitetlərinin nümayəndələri “Səhiyyədə keyfiyyətin və risklərin idarə olunması” ixtisası üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramının hazırlanması perspektivləri barədə müzakirələr aparılıb.