AzTU QS dünya reytinqindəki mövqeyinə görə mükafatlandırılıb
Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astanada keçirilən “QS Eurasia Forum 2026” beynəlxalq forumunda iştirak edir.
“Measuring What Matters” mövzusuna həsr olunan forumda ali təhsil müəssisələrinin rəhbərləri, dövlət qurumlarının nümayəndələri və ekspertlər bir araya gələrək ali təhsildə məlumatlara əsaslanan qərarvermə, əmək bazarının dəyişən bacarıq tələbləri, strateji tərəfdaşlıqların inkişafı, eləcə də süni intellektin tədris və elmi tədqiqatlara təsirini müzakirə edirlər.
Forum çərçivəsində AzTU-ya “QS World University Rankings 2027” reytinqində əldə etdiyi nəticəni təsdiqləyən sertifikat təqdim olunub. Sertifikat universitetin Tədqiqat, inkişaf və reputasiya departamentinin direktoru Bəxtiyar Bədəlova təqdim edilib.
Qeyd edək ki, AzTU QS Dünya Universitetləri Reytinqinin 2027-ci il buraxılışında dünya üzrə 801–850-ci yerlər qrupunda qərarlaşıb. Universitet əvvəlki buraxılışda 851–900-cü yerlər qrupunda təmsil olunub.







