AzTU-nun dosenti Qazaxıstanda beynəlxalq elmi forumda çıxış edib
Qazaxıstanın Almatı şəhərində Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş MDB üzv dövlətləri alimlərinin VI Forumu keçirilib.
“Süni intellekt dövründə elm: əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusuna həsr olunan beynəlxalq elmi tədbirdə Azərbaycan Texniki Universitetini (AzTU) dosent Aybəniz Abdullayeva təmsil edib.
Forum çərçivəsində təşkil olunan tematik dəyirmi masada Aybəniz Abdullayeva “Biotibbi mühəndislikdə süni intellekt texnologiyalarının tətbiqi” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində AzTU-da bu istiqamətdə aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr və gələcək inkişaf perspektivləri barədə məlumat verib.
Beynəlxalq forumda fəal iştirakına və elmi məruzəsinə görə Aybəniz Abdullayevaya sertifikat təqdim olunub.








