Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU dünyanın ən yaxşı universitetləri siyahısında

AzTU dünyanın ən yaxşı universitetləri siyahısında

19.11.2024     1005     AzTU

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda dünyanın ən nüfuzlu reytinq cədvəllərindən biri olan “QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib.

Nəticələrə görə, Azərbaycan Texniki Universiteti (AzTU) (1501+) ilk dəfə dünyanın ən yaxşı universitetləri siyahısına daxil olub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və QS-in (Quacquarelli Symonds) təşkilatçılığı ilə keçirilən tədbirdə “Dünya Universiteti Reytinqi: Dayanıqlılıq reytinqi 2025” sertifikatı AzTU rektoru Vilayət Vəliyevə təqdim edilib.


Digər xəbərlər