AzTU-da “Müasir texnologiyalar və insan davranışları” mövzusunda maarifləndirici təlim keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) “Sosial Məsələlərin Həllinə Kömək” İctimai Birliyinin təşkilatçılığı ilə “Müasir texnologiyalar və insan davranışları” mövzusunda maarifləndirici təlim təşkil olunub.
Təlim zamanı müasir texnologiyaların, süni intellektin və rəqəmsal platformaların insan psixologiyasına, düşüncə tərzinə və gündəlik davranışlarına təsiri ətrafında geniş müzakirələr aparılıb.
Təlimçilər Rəvan Qarayev və Mirkamil Kazımzadə texnoloji yeniliklərin inkişafı, süni intellektin müxtəlif sahələrdə tətbiqi, eləcə də texnologiyaların insan psixologiyası və davranışlarına təsiri barədə ətraflı məlumat veriblər. Çıxışlar zamanı texnologiyadan düzgün və səmərəli istifadənin əhəmiyyəti də diqqətə çatdırılıb.
İnteraktiv formatda davam edən təlimdə tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.










