AzTU-da “Almaniyada təqaüdlü təhsil fürsətləri” mövzusunda məlumatlandırma sessiyası keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) “Almaniyada təqaüdlü təhsil fürsətləri” mövzusunda məlumatlandırma sessiyası keçirilib.
Məlumatlandırma sessiyası Alman Akademik Mübadilə Xidmətinin (DAAD) AzTU-da fəaliyyət göstərən alman dili müəllimi Klaudio Kasperl tərəfindən təşkil olunub.
O, DAAD-nin fəaliyyəti, DAAD-nin Almaniyada təhsil, təqaüdlü yay kursları və magistratura səviyyəsi üzrə təqaüd proqramları haqqında tələbələrə ətraflı məlumat verib.
Sessiyada həmçinin Almaniyada keçirilən Yay Məktəbində iştirak edən AzTU tələbələri öz təəssüratlarını bölüşüb.
Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.