AzTU-da korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilib
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə Elm və Ali Təhsil Nazirliyi tərəfindən hazırlanmış iş planı çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) əməkdaşlar üçün korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə çıxış edən Kommunikasiya şöbəsinin əməkdaşı Mehti Namazov bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayıb, korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.
Hüquqşünas Şükufə Muradsoy korrupsiya hüquqpozmaları, korrupsiyaya qarşı mübarizənin əsas istiqamətləri, etik davranış qaydaları və ictimai məsuliyyət məsələləri barədə ətraflı məlumat verib. O, həmçinin şəffaf idarəetmə prinsiplərinin əhəmiyyətini diqqətə çatdırıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.










