Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-da Ümumdünya Mülki Müdafiə Günü münasibətilə elmi-seminar təşkil olunub

Azərbaycan Texniki Universitetində (AzTU) Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda seminar keçirilib. AzTU-nun prorektoru Fariz Mustafayev ekoloji təhlükəsizliyin təmin olunmasının milli təhlükəsizlik strategiyasının mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O, dayanıqlı inkişafın təmin edilməsi, fövqəladə hallara hazırlıq və risklərin idarə olunmasının əhəmiyyətindən bəhs edib. Daha sonra Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin müdiri Vidadi Mustafayev və şöbənin fövqəladə hallar və mülki müdafiə üzrə aparıcı mühəndisi Afər İbrahimov çıxış ediblər. Çıxışlar zamanı qlobal ekoloji problemlər, antropogen təsirlər, ekoloji risklərin qiymətləndirilməsi və idarə olunması mexanizmləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ekoloji risklərin düzgün qiymətləndirilməsi, erkən xəbərdarlıq sistemlərinin tətbiqi və effektiv idarəetmə mexanizmləri təhlükəsiz, dayanıqlı və sabit cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Çıxışlarda həmçinin vurğulanıb ki, ətraf mühitin mühafizəsi, ictimai təhlükəsizliyin gücləndirilməsi, hesabatlılıq, şəffaflıq və məsuliyyətli qərar qəbuletmə prinsiplərinin təşviqi institusional dayanıqlığın artırılmasına xidmət edir və ekoloji risklərin azaldılmasında vacib amillərdən biridir. Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib və iştirakçıların sualları cavablandırılıb. Seminar çərçivəsində ekoloji risklərin azaldılması, fövqəladə hallara davamlılıq və dayanıqlı inkişaf istiqamətində birgə fəaliyyətin vacibliyi bir daha diqqətə çatdırılıb.

Azərbaycan Texniki Universitetində (AzTU) Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda seminar k ..

2026-03-02
AzTU

Özbəkistanın Namanqan Dövlət Texniki Universitetinin əməkdaşları AzTU-da olub

Özbəkistanın Namanqan Dövlət Texniki Universitetinin (NDTU) Mexanika mühəndisliyi kafedrasının müdiri professor Nosirbek Saidmahamadov, professor Şükürcan Kenjaboyev və dosent Botircan Nişanov Azərbaycan Texniki Universitetidə (AzTU) olub. Qonaqlar  AzTU-nun elm və innovasiyalar üzrə prorektoru professor Sübhan Namazov və beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədovla görüşüb. Görüşdə birg layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində Maşınqayırma və metallurgiya fakültəsinin dekani Malik Qarayev, Maşınqayırma texnologiyası kafedrasının müdiri professor Nizami Yusubov və Metallurgiya və materiallar texnologiyası kafedrasının müdiri Səyami Hüseynovla görüşən özbəkistanlı qonaqlar birgə tədqiqatların həyata keçirilməsi ilə bağlı müzakirələr aparıblar.

Özbəkistanın Namanqan Dövlət Texniki Universitetinin (NDTU) Mexanika mühəndisliyi kafedrasının müdiri professor Nosirbek Saidmahamadov, professor Şükürcan Kenjaboyev və dosent Botircan N ..

2026-02-27
AzTU

AzTU və TAU kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyə-Azərbaycan Universitetinin (TAU) kollektivi fevralın 26-da Xocalı soyqırımı abidəsini ziyarət edib. Soyqırımı abidəsinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi ehtiramla anılıb. Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyə-Azərbaycan Universitetinin (TAU) kollektivi fevralın 26-da Xocalı soyqırımı abidəsin ..

2026-02-26
AzTU

Türkiyə-Azərbaycan Universitetində Xocalı soyqırımına həsr olunan anım tədbiri keçirilib

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Türkiyə-Azərbaycan Universitetində (TAU) anım tədbiri keçirilib. Tədbirdə TAU və Azərbaycan Texniki Universitetinin (AzTU) professor-müəllim heyəti, tələbələr iştirak edib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının, həmçinin torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Tədbirin moderatoru AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həbib Mirzəyev qeyd edib ki, Xocalı soyqırımından 34 il keçsə də faciənin yaşatdığı ağrılar, acılar heç zaman sağalmayacaq. Daha sonra çıxış edən TAU-nun Qida mühəndisliyi proqramının rəhbəri Ümran Uyqun və Kompüter mühəndisliyi proqramının rəhbəri Əhməd Coşar Xocalı faciəsinin bəşəriyyətin ən dəhşətli və qanlı cinayət hadisələrindən biri olduğunu qeyd ediblər. TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş soyqırım olduğunu deyib. Bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi, ordumuzun gücü nəticəsində tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində şəhidlərimizin qisası alındı. Vilayət Vəliyev qeyd edib ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç zaman unutmayacaq.

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Türkiyə-Azərbaycan Universitetində (TAU) anım tədbiri keçirilib. Tədbirdə TAU və Azərbaycan Texniki Universitetinin (A ..

2026-02-26
AzTU

AzTU-da “Suyun təmizlənməsi və idarə edilməsi” laboratoriyasının açılışı olub

Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının nəzdində “Suyun təmizlənməsi və idarə edilməsi” laboratoriyasının açılış mərasimi keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, “Aqualink” MMC-nin İnsan resursları və inzibati işlər departamentinin bölmə müdiri Zaur Musayev, “Elsevier” şirkətinin Yaxın Şərq, Mərkəzi Asiya və Cənub-Şərqi Avropa regionu üzrə satış meneceri Paul Girdis, eləcə də universitetin nümayəndələri iştirak edib. Açılış mərasimində çıxış edən rektor Vilayət Vəliyev su ehtiyatlarının səmərəli idarə olunması, suyun keyfiyyətinin yüksəldilməsi və bu istiqamətdə elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsinin strateji əhəmiyyətini vurğulayıb. Bildirilib ki, laboratoriyanın əsas məqsədi suyun təmizlənməsi texnologiyalarının təkmilləşdirilməsi, çirklənmənin azaldılması, ekoloji təhlükəsizliyin təmin olunması və bu sahədə elmi əsaslı həllərin hazırlanmasıdır. Bu fəaliyyətlər çərçivəsində təhlükəsiz və əlçatan su resurslarının təmin olunmasına töhfə vermək əsas prioritet kimi müəyyən edilib. Laboratoriya müasir avadanlıqlarla təmin olunaraq tələbələrin praktik bilik və bacarıqlarının inkişafına, elmi-tədqiqat potensialının gücləndirilməsinə və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edəcək. Bu istiqamətdə məqsəd keyfiyyətli və inklüziv təhsilin təşviqi, innovativ yanaşmaların tətbiqi və universitet–sənaye əməkdaşlığı əsasında elmi infrastrukturun təkmilləşdirilməsidir. “Aqualink” MMC-nin İnsan resursları və inzibati işlər departamentinin bölmə müdiri Zaur Musayev universitetlə əməkdaşlığın davamlı xarakter daşıdığını qeyd edib, birgə təşəbbüslərin genişləndirilməsinin su resurslarının idarə olunması və ekoloji dayanıqlılıq sahəsində mühüm nəticələr verəcəyini bildirib. Beləliklə, yaradılan laboratoriya su təhlükəsizliyinin təmin edilməsi, keyfiyyətli təhsilin inkişafı, innovasiya və elmi infrastrukturun gücləndirilməsi, habelə institusional tərəfdaşlığın genişləndirilməsi istiqamətlərində qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə xidmət edən mühüm elmi platforma kimi fəaliyyət göstərəcək.

Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının nəzdində “Suyun təmizlənməsi və idarə edilməsi” laboratoriyasının açılış məra ..

2026-02-25
AzTU

Azərbaycan Texniki Universiteti və “Nar” rəhbərliyi bu ilin əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdi

Azərbaycan Texniki Universiteti və “Nar” rəhbərliyi bu ilin əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdi Sərfəli xidmətləri və davamlı sosial layihələri ilə tanınan mobil operator “Nar” tərəfdaşlıq etdiyi Azərbaycan Texniki Universiteti (AzTU) ilə birgə peşəkar kadr hazırlığı istiqamətində fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Bu əməkdaşlıq birbaşa olaraq Dayanıqlı İnkişaf Məqsədi 9: Sənaye, İnnovasiya və İnfrastruktur çərçivəsində universitet-sənaye işbirliyinin inkişafına xidmət edir və ölkədə dayanıqlı sənayeləşmə prosesinə töhfə verir. AzTU-nun rektoru professor Vilayət Vəliyev və “Nar”ın baş icraçı direktoru Özgür Gencin iştirakı ilə keçirilən görüşdə 10 ildən artıq davam edən tərəfdaşlığın tələbələrin gələcək karyerası üçün önəmi vurğulandı. Görüşdən sonra Özgür Genc universitetin nəzdində tələbələr üçün təşkil olunmuş “Nar” laboratoriyasına baxış keçirdi. Mobil rabitə cihazları ilə təchiz olunmuş bu laboratoriya müasir texnoloji infrastrukturun qurulmasına əyani nümunədir və tələbələrə lokal mobil şəbəkə yaratmağa və mobil rabitənin iş prinsiplərini təcrübədə öyrənməyə imkan verir. Bu cür laboratoriyalar innovasiyaların təşviqi və gənclərin texnoloji imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Texniki təminatdan başqa, “Nar” AzTU tələbələrinin nəzəri biliklərinin də artırılması üçün mütəmadi olaraq təlimlər təşkil edir. Bu təlimlər texniki ixtisaslar üzrə təhsil alan tələbələrə əmək bazarının bugünkü tələbləri barədə məlumat verir və onları gələcək iş həyatına hazırlayır. Nəticə etibarilə, bu təşəbbüs ixtisaslı işçi qüvvəsinin formalaşdırılmasına və ölkənin iqtisadi inkişafına töhfə verməklə yanaşı, rəqabətqabiliyyətli infrastrukturun yaradılmasında mühüm rol oynayır. “Nar” və AzTU arasındakı bu uzunmüddətli tərəfdaşlıq bilik və texnologiya transferini təmin edərək ölkənin mühəndislik potensialının gücləndirilməsinə xidmət edir.

Azərbaycan Texniki Universiteti və “Nar” rəhbərliyi bu ilin əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdi Sərfəli xidmətləri və davamlı sosial layihələri ilə tanınan m ..

2026-02-25
AzTU

AzTU-da “FinTech” laboratoriyasının açılışı olub

Azərbaycan Fintex Assosiasiyasının (AzFina) tərəfdaşlığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) “FinTech” laboratoriyasının (Fintech Lab) açılış mərasimi keçirilib. Açılış mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev, Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov, Mərkəzi Bankın Ödəniş xidmətlərinin və ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəisi Xəyaləddin Tağıyev, AzFina-nın İdarə Heyətinin sədri Edqar Abdullayev və universitetin nümayəndələri iştirak edib. Qeyd olunub ki, “FinTech Lab” vasitəsilə tələbələrə maliyyə texnologiyaları sahəsində praktiki biliklərin aşılanması, maliyyə texnologiyaları bazarında hazırda ehtiyac duyulan ixtisaslı kadrların hazırlanması, ödəniş xidmətləri sektorunda fəaliyyət göstərən ödəniş təşkilatları və elektron pul təşkilatları ilə birgə layihələrin icrası, həmçinin ölkədə maliyyə savadlılığının artırılmasına dəstək verilməsi nəzərdə tutulur. Daha sonra keçirilən tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev AzFina ilə qurulan bu əməkdaşlığı yüksək qiymətləndirib. Qeyd edib ki, bu əməkdaşlıq universitet-sənaye işbirliyinin inkişafı, eləcə də əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması istiqamətində faydalı olacaq.Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov maliyyə texnologiyaları sahəsinin tənzimləyicisi olaraq bu tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edib. O, hazırda ölkəmizdə maliyyə texnologiyaları sahəsində mövcud vəziyyət və innovasiyalar haqqında məlumat verib. Vüsal Xəlilov 11 fevral tarixində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə rəqəmsallaşma və süni intellekt sahəsinin inkişafının prioritet istiqamət kimi müəyyən edildiyini və bunun maliyyə texnologiyaları sahəsi üçün də mühüm hadisə olduğunu bildirib. Sədr müavini yeni açılan laboratoriyanın həm mütəxəssis hazırlığına, həm də maliyyə savadlılığının genişlənməsinə dəstək göstərməklə sektorun dayanıqlılığının artırılmasına töhfə verəcəyinə dair inamını ifadə edib.Mərkəzi Bankın Ödəniş xidmətlərinin və ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəisi Xəyaləddin Tağıyev sözügedən laboratoriyanın iş prinsipləri və fəaliyyət istiqamətləri haqqında məlumat verib, habelə laboratoriyanın Mərkəzi Bankın həyata keçirdiyi maliyyə savadlılığı strategiyasına uyğun mütəxəssislərin hazırlanmasının maliyyə texnologiyaları sahəsində mövcud olan kadr ehtiyacının azaldılmasına dəstək olacağını qeyd edib.AzFina-nın İdarə Heyətinin sədri Edqar Abdullayev AzTU ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib və tələbələrin peşəkar mütəxəssis kimi yetişməsi istiqamətində bu laboratoriyanın əhəmiyyətini xüsusi qeyd edib. AzFina tərəfindən seçilən 3 təşkilat – “United Payment”, “Global Innovations” və “BakuPay” ödəniş və elektron pul təşkilatları laboratoriyada informasiya texnologiyaları üzrə mentorluq funksiyasını icra edəcək. Əlavə olaraq iqtisadiyyat istiqaməti üzrə potensial kadrların formalaşdırılmasında Mərkəzi Bank və AzFina tərəfindən zəruri dəstək göstəriləcək. Tədris zamanı uğur qazanan laboratoriya iştirakçılarına təşkilatlar tərəfindən iş imkanlarının təklif edilməsi nəzərdə tutulur. Bu təşəbbüs birbaşa olaraq Dayanıqlı İnkişaf Məqsədi 9: Sənaye, İnnovasiya və İnfrastruktura töhfə verir. "FinTech Lab" mühüm texnoloji infrastrukturun qurulması, innovasiyaların təşviqi və universitet-sənaye işbirliyi vasitəsilə dayanıqlı sənayeləşməni dəstəkləyərək ölkənin iqtisadi inkişafına xidmət edir.

Azərbaycan Fintex Assosiasiyasının (AzFina) tərəfdaşlığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) “FinTech” laboratoriyasının (Fintech Lab) açılış mərasimi keçirilib. Aç ..

2026-02-24
AzTU

AzTU ilə MDU arasında əməkdaşlıq genişlənir

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq əlaqələri genişlənir. Bununla bağlı AzTU-da keçirilən görüşdə rektor Vilayət Vəliyev, prorektorlar, həmçinin MDU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova iştirak edib. Görüşdə universitetlər arasında ikili diplom proqramlarının, birgə elmi-tədqiqatların yerinə yetirilməsi, birgə konfransların təşkili və tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.  

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq əlaqələri genişlənir. Bununla bağlı AzTU-da keçirilən görüşdə rektor Vilay ..

2026-02-24
AzTU

AzTU-da Türkiyənin Bilkent Universiteti ilə bağlı infosessiya keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Türkiyənin Bilkent Universiteti ilə bağlı infosessiya keçirilib.   Bilkent Universitetinin Menecment fakültəsinin dekanı professor Özgür Kıbrıs təmsil etdiyi universitetdə görülən işlər, həyata keçirilən yeniliklər, müasir yanaşmalarla bağlı geniş təqdimatla çıxış edib.  Tədbir sual-cavab sessiyası ilə davam edib.  

Azərbaycan Texniki Universitetində (AzTU) Türkiyənin Bilkent Universiteti ilə bağlı infosessiya keçirilib. Bilkent Universitetinin Menecment fakültəsinin dekanı professor Özgür Kıbrı ..

2026-02-24
AzTU

AzTU-da “Əkiz tədqiqatçı” layihəsi həyata keçiriləcək

Azərbaycan Texniki Universitetində (AzTU) elmi-tədqiqat potensialının gücləndirilməsi və professor-müəllim heyətinin elmi-tədqiqat imkanlarının genişləndirilməsi, elmi potensiallarının səmərəli istifadəsi və düzgün realizə olunması məqsədilə AzTU-nun əməkdaşlıq etdiyi qabaqcıl xarici universitetlər, tədqiqat mərkəzləri və əmək bazarı nümayəndələri ilə rasional əməkdaşlıq çərçivəsində partnyor professor (tədqiqatçı) “Əkiz tədqiqatçı” layihəsi həyata keçiriləcək. Bununla bağlı qərar AzTU-nun Elmi şurasının iclasında qəbul olunub. Bildirilib ki, layihənin realizə olunmasında əsas fəaliyyətin sənaye əhəmiyyətli, tətbiqi xarakterli tədqiqat işlərinin dəstəklənməsi və müasir çağırışlara cavab verən tədqiqatçılar şəbəkəsinin formalaşdırılmasına yönəlməsi nəzərədə tutulur. İclasda həmçinin institusional struktur və akademik fəaliyyət üzrə vahid əsasnamə layihəsi də təsdiq edilib.

Azərbaycan Texniki Universitetində (AzTU) elmi-tədqiqat potensialının gücləndirilməsi və professor-müəllim heyətinin elmi-tədqiqat imkanlarının genişləndirilməsi, elmi potensialları ..

2026-02-23