Ümumi məlumat
Haqqında
SABAH proqramı ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli mühitin formalaşdırılması, savadlı və bacarıqlı tələbələrin yetişdirilməsi, həmçinin əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin olunması məqsədilə yaradılmış mühüm təşəbbüsdür.
Bu proqram çərçivəsində tələbələr yalnız nəzəri biliklərlə kifayətlənmir, eyni zamanda praktik bacarıqlara da yiyələnirlər. Tədris prosesi müasir və innovativ metodlar əsasında qurulur, interaktiv dərslər, layihə əsaslı öyrənmə və real iş mühitinə uyğun təcrübələr tətbiq edilir. Bu yanaşma tələbələrin analitik düşünmə, problem həll etmə və komandada işləmək bacarıqlarının inkişafına xidmət edir.
SABAH qruplarında yerli və beynəlxalq təcrübəyə malik müəllimlər dərs deyir, tələbələr üçün seminarlar, təlimlər və ustad dərsləri təşkil olunur. Bu da onların dünya səviyyəli bilik və bacarıqlara yiyələnməsinə imkan yaradır.
Proqram tələbələrin fərdi inkişafına da xüsusi önəm verir. Liderlik keyfiyyətlərinin formalaşdırılması, təşəbbüskarlığın artırılması və innovativ düşüncənin inkişaf etdirilməsi istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirilir.
Bununla yanaşı, SABAH proqramı əmək bazarı ilə sıx əlaqələr qurur. Müxtəlif müəssisə və təşkilatlarla əməkdaşlıq nəticəsində tələbələr üçün təcrübə və karyera imkanları yaradılır ki, bu da onların gələcəkdə daha hazırlıqlı və rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına şərait yaradır.
Ümumilikdə, SABAH qrupları müasir tələblərə cavab verən, yüksək ixtisaslı və hərtərəfli inkişaf etmiş gənc kadrların hazırlanmasına yönəlmiş qabaqcıl təhsil modelidir.
Nəyə çalışırıq
Məqsədlər
- 01SABAH qruplarının tələbələri üçün əlavə təqaüd imkanları təmin olunması
- 02Xarici mübadilə proqramlarında iştirak imkanı yaradılması
- 03Müasir müəssisə və şirkətlərdə ixtisas üzrə təcrübə keçmək imkanı yaratmaq
- 04Tədrisin mütərəqqi forma və metodlar əsasında təşkil olunması
- 05Tələbələrin ixtisas üzrə kompetensiyalara tam yiyələnməsi təmin edilməsi
- 06Xarici dillərin dərinləşdirilmiş şəkildə tədris olunması
- 07Tələbələr üçün müxtəlif tədrisdənkənar fəaliyyətlər təşkil edilməsi
Nə edirik
Əsas Funksiyalar
- 01
Fərdi inkişaf və karyera planlaşdırılması üzrə mentorluq
Tələbələrin peşəkar istiqamətlərini düzgün müəyyən etmələrinə kömək edir.
- 02
Startap və innovasiya layihələrində iştirak
Tələbələrin yaradıcı və təşəbbüskar potensialının inkişafına şərait yaradır.
- 03
Beynəlxalq sertifikat proqramları
Tələbələrin qlobal səviyyədə tanınan bilik və bacarıqlara yiyələnməsini dəstəkləyir.
- 04
Rəqəmsal və texnoloji bacarıqlar
Müasir texnologiyalardan istifadə vərdişlərini formalaşdırır.
- 05
Akademik mübadilə və ikili diplom proqramları
Tələbələrin beynəlxalq təhsil təcrübəsi qazanmasına şərait yaradır.
- 06
Elmi-tədqiqat fəaliyyəti
Tələbələrin analitik düşünmə qabiliyyətlərinin inkişafını dəstəkləyir.
- 07
Peşəkar şəbəkələşmə imkanları
Tələbələrin mütəxəssislərlə əlaqələrinin qurulmasına və genişləndirilməsinə kömək edir.
- 08
Real layihələr üzərində iş
Praktiki biliklərin tətbiqini gücləndirir.
Şöbə Müdiri
Aslanova Ayçillər Telman qızı
SABAH proqramları koordinatoru
Peşəkar yol
Bioqrafiya
Aslanova Ayçillər Telman qızı ali təhsil sahəsində akademik idarəetmə, tədris proseslərinin təşkili və rəqəmsal sistemlərin idarə edilməsi üzrə təcrübəyə malikdir. Hazırda Azərbaycan Texniki Universitetində SABAH proqramlarının koordinatoru vəzifəsində çalışır.
Hal-hazırda həmin universitetin Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları kafedrasında assistent kimi pedaqoji fəaliyyət göstərir. O, poliqrafiya və avtomatlaşdırılmış komplekslər ixtisası üzrə ixtisaslaşmış və bu sahədə peşəkar təhsil almışdır.
Karyerası ərzində ali təhsil müəssisələrində tələbə məlumatlarının idarə olunması, tədris proseslərinin planlaşdırılması, akademik sistemlərin koordinasiyası və inzibati proseslərin təşkili sahələrində geniş təcrübə qazanmışdır.
Eyni zamanda elmi fəaliyyətlə məşğul olur və 6 elmi məqalənin müəllifidir. Onun fəaliyyəti tədris keyfiyyətinin yüksəldilməsinə və təhsil proseslərinin daha effektiv şəkildə idarə olunmasına yönəlmişdir.
Akademik yol
Təhsil
- 2018–2020
Magistr — Azərbaycan Texniki Universiteti
- 2014–2018
Bakalavr — Azərbaycan Texniki Universiteti
İnzibati heyət
Əməkdaşlar
Bizə yazın

