Ümumi məlumat
Haqqında
«Qərbi Azərbaycan Texnoloji İrsi» Mərkəzi (QATİM) Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının qərarı, rektorun F-56 saylı, 01 may 2024-cü il tarixli əmri ilə yaradılmışdır.
QATİM AzTU-nun tərkibində fəaliyyət göstərən, indiki Ermənistan ərazisindən deportasiya edilmiş azərbaycanlıların tarixi keçmişi və maddi irsi, memarlıq abidələri, sənətkarlığı, adət-ənənələri, mədəniyyəti ilə bağlı faktiki məlumatların toplanılması və sistemləşdirilməsi, toplanılmış məlumatların Qərbi Azərbaycana dinc şəraitdə qayıdış prosesində müvafiq qurumların istifadəsinə təqdim edilməsi üçün fəaliyyət göstərən ictimai təşkilatdır.
QATİM azərbaycanlılara qarşı Qərbi Azərbaycanda törədilmiş bütün hüquq pozuntuları, o cümlədən mülkiyyət hüququnun pozulması, Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsin məhv edilməsi və onların nəticələrinin dəyərləndirilməsi və aradan qaldırılması işinə dəstək verir.
Hazırda Universitetdə 84 nəfər yalnız Qərbi Azərbaycanda doğulanlar çalışır; Qərbi Azərbaycanlıların öncəki deportasiyaları nəzərə alınarsa, əməkdaşların yarıdan çoxu Qərbi Azərbaycan kökənlidir.
Nəyə çalışırıq
Məqsədlər
- 01QATİM və onun üzvləri azərbaycanlılara qarşı törədilmiş bütün hüquq pozuntuları, o cümlədən mülkiyyət hüququnun pozulması məsələlərini və onun neqativ nəticələrini ictimaiyyətə beynəlxalq miqyasda, tarixi faktlarla çatdırılma istiqamətində, onların aradan qaldırılmasında Ermənistan hökuməti və müvafiq beynəlxalq təşkilatların məsuliyyət daşıdığının beynəlxalq hüquqi əsaslarla şərh edilməsi və bu məsələlərin obyektiv həlli istiqamətlərində fəaliyyət göstərməlidirlər.
- 02QATİM və onun üzvləri Ermənistan hökumətinin azərbaycanlılara məxsus olmuş mülkiyyətin və icma torpaqlarının qaytarılması, mülkiyyətə vurulmuş zərərə və mülkiyyətdən istifadənin qarşısının alınmasına görə yaranmış itkilərə görə kompensasiya ödənilməsi məsələlərinin həlli istiqamətində müvafiq strukturlara yardım göstərməlidirlər.
- 03QATİM və onun üzvləri Qərbi Azərbaycanlıların ata-baba torpaqlarında yüz illərlə yaradılmış mədəni irsinin son 100 ildə məhv edilməsi məsələlərini, onun neqativ nəticələrini ictimaiyyətə beynəlxalq miqyasda, tarixi faktlarla çatdırılma istiqamətində, mədəni irsin bərpası və qorunması məsələlərində Ermənistan hökuməti və müvafiq beynəlxalq təşkilatların məsuliyyət daşıdığını beynəlxalq hüquqi əsaslarla şərh etmə və bu məsələlərin obyektiv həlli istiqamətində fəaliyyət göstərməlidirlər.
- 04QATİM və onun üzvləri Ermənistan hökumətinin qərbi azərbaycanlıların mədəni irsinin bərpası və qorunmasından irəli gələn bütün xərcləri ödəməsi və azərbaycanlıların mədəni irsinin planlı şəkildə məhv edilməsindən irəli gələn digər lazımi tədbirlərin görülməsi məsələlərinin həlli istiqamətində fəaliyyət göstərməlidirlər.
- 05QATİM və onun üzvləri BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsin (tarixi abidələr və tikililər, dini abidələr, qəbiristanlıqlar, sənaye və kənd təsərrüfatı məhsullarının istehsal texnologiyaları və s.) vəziyyətinin dəyərləndirilməsinə, o cümlədən, zərər vurulmuş və yer üzündən silinmiş mədəni irs nümunələrinin siyahısının hazırlanmasına və Ermənistan hökumətinin onları bərpa etmək və qorumaq öhdəliyini icra etməsinə nail olmaq üçün səy göstərməlidirlər.
Nə edirik
Əsas Funksiyalar
- 01
«Qayıdış Konsepsiyası» ilə uzlaşma
QATİM-in fəaliyyəti 2023-cü il 26 yanvar tarixində Qərbi Azərbaycan İcması tərəfindən təsdiq edilmiş «Qayıdış Konsepsiyası»nın müddəalarına əsaslanır və onun tələbləri ilə uzlaşdırılır.
- 02
Qərbi Azərbaycanlıların hüquq pozuntularının dəyərləndirilməsi
QATİM azərbaycanlılara qarşı Qərbi Azərbaycanda törədilmiş bütün hüquq pozuntuları, o cümlədən mülkiyyət hüququnun pozulması, Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsin məhv edilməsi və onların nəticələrinin dəyərləndirilməsi və aradan qaldırılması işinə yardım göstərir.
- 03
Kollektiv müqavilələrə əsaslanma
Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş insanların doğulduğu torpaqlara qayıtmaq hüququna əsaslanaraq, deportasiya edilmiş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinə köməklik göstərməyi öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi qəbul edir.
- 04
Beynəlxalq ictimaiyyətin dəstəyinin əldə edilməsi
QATİM bütün bu vəzifələrin həlli üçün Azərbaycan və Ermənistan ilə yanaşı, geniş beynəlxalq ictimaiyyətin dəstəyinin əldə edilməsinin zəruriliyini vacib hesab edir.
Profil və əlaqə
Rəhbər
Rəsulov Nəriman Moğbil oğlu
Texnika elmləri doktoru, professor, məsləhətçi-professorQərbi Azərbaycan Texnoloji İrsi Mərkəzinin rəhbəri
Peşəkar yol
Bioqrafiya
Nəriman Rəsulov texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi, maşınqayırma sahəsi üzrə mütəxəssisdir; Qərbi Azərbaycanda anadan olmuşdur.
Prof. N.M. Rəsulov 01.05.2024-cü ildə AzTU-da yaradılmış «Qərbi Azərbaycan Texnoloji İrsi» Mərkəzinin rəhbəri təyin edilmişdir.
Hazırda o, Azərbaycan Texniki Universitetinin Maşınqayırma texnologiyası kafedrasının məsləhətçi-professoru kimi fəaliyyət göstərir.
O, 350-dən çox elmi əsərin, o cümlədən 18 patent, 5 dərslik, 2 monoqrafiya, dərs vəsaitləri və proqramların müəllifidir.
Akademik yol
Təhsil
- 2006
«Maşınqayırma texnologiyası» kafedrası üzrə professor
- 2000
Texnika elmləri doktoru
- 1979
Texnika elmləri namizədi
- 1963–1968
Azərbaycan Politexnik İnstitutu (indiki Azərbaycan Texniki Universiteti, AzTU) — Bakalavr
- 1985–1986
M.Torez adına Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutu — dinləyici (fransız dili)
İnzibati heyət
Əməkdaşlar
Hüseynova Aynur Şəmməd qızı
Tələbələrlə iş üzrə menecer · Yüksək Təhsil İnstitutunun Türk Mühəndislik və Menecment Məktəbinin xarici proqram meneceri
Almədətli Roza Sultan qızı
Tələbə · Mütəxəssis
Bizə yazın

