Ümumi məlumat
Haqqımızda
Ömürboyu Öyrənmə Məktəbi Azərbaycan Texniki Universitetinin struktur bölməsi olub, Universitetin Elmi Şurasının 27 dekabr 2023-cü il tarixli iclasının 4 saylı qərarı ilə Universitet–Sənaye Əməkdaşlığı və Ömürboyu Öyrənmə Mərkəzinin bazasında yaradılmışdır.
Məktəbin yaradılmasında əsas məqsəd rəqəmsal texnologiyaların təsiri ilə dəyişən əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.
Ömürboyu Öyrənmə Məktəbi mühəndislik və texniki sahələr üzrə davamlı təhsil proqramlarının təşkili, ikinci ali təhsil, sertifikasiya və qısamüddətli təlimlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. Eyni zamanda, professor-müəllim heyətinin peşəkar inkişafını və tələbələrin praktik bilik və bacarıqlarının artırılmasını dəstəkləyir.
Məktəb universitetin elmi potensialının sənayeyə transferinə, innovasiya fəaliyyətlərinin inkişafına və universitet–sənaye əməkdaşlığının gücləndirilməsinə töhfə verir.
Nəyə çalışırıq
Məqsədlərimiz
- 01Əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək
- 02Mühəndislik və texniki sahələr üzrə bilik və bacarıqların davamlı inkişafı üçün təhsil və sertifikasiya proqramları həyata keçirmək
- 03Universitet–sənaye əməkdaşlığını gücləndirərək praktik biliklərin ötürülməsini və innovasiyaların inkişafını dəstəkləmək
- 04Elmi potensialın sənayeyə transferini təmin edərək iqtisadi dəyər yaratmaq
- 05Tələbələr və mütəxəssislər üçün ömürboyu öyrənmə imkanlarını genişləndirmək
Nə edirik
Əsas Funksiyalar
- 01Davamlı təhsil, ikinci ali təhsil və sertifikasiya proqramlarının təşkili və icrası
- 02Qısamüddətli və ixtisaslaşmış təlimlərin hazırlanması və keçirilməsi
- 03Yerli və beynəlxalq tərəfdaşlarla birgə layihə və təlimlərin təşkili
- 04Professor-müəllim heyətinin peşəkar inkişafının dəstəklənməsi
- 05Tələbələrin praktik bilik və bacarıqlarının inkişafına yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi
- 06Universitetin elmi nəticələrinin sənayeyə tətbiqinin təşviqi
- 07Universitet–sənaye əməkdaşlığının inkişafına dəstək
- 08Ömürboyu öyrənmə mühitinin formalaşdırılması və təşviqi
İnzibati heyət
Əməkdaşlar
Əliyeva Şərəfxanım Vaqif qızı
f.ü.f.d., müəllim · Şöbə müdiri vəzifəsini müvəqqəti icra edən · Təkrar Ali təhsil üzrə Proqram meneceri
Bizə yazın

