AzTU
İdarəetmə

Nabran İstirahət Mərkəzi

Xəzər dənizinin şimal sahillərindəki yaşıl meşə əhatəsində AzTU-nun istirahət mərkəzi

500+İllik ziyarətçi

Ümumi məlumat

Mərkəz haqqında

≈ 250 km

Məsafə

Bakıdan

4 hektar

Sahə

Meşə əhatəsində

500+

İllik ziyarətçi

Əməkdaş və tələbə

1965

Yaradılıb

28 iyun

Azərbaycan Politexnik İnstitutunda (İndiki AzTU) 1960-cı ildən başlayaraq tətil zamanı tələbə-gənclərin bədən tərbiyəsinə və idmana cəlb edilməsi, onların sağlamlığının möhkəmləndirilməsi üçün idman-sağlamlıq düşərgəsinin yaradılması zərurəti meydana çıxmışdır.

Belə bir düşərgənin yaradılması məqsədilə Azərbaycan SSR Nazirlər Soveti 28 iyun 1965-ci ildə Politexnik İnsititutu üçün müvafiq torpaq sahəsinin ayrılması haqqında sərəncam verdi.

Həmin ilin iyul ayının 14-də Respublika Meşə Təsərrüfatı Baş İdarəsini əmrinə əsasən bu məqsəd üçün 4 hektar torpaq sahəsi ayrıldı.

Bu sahə Bakı şəhərindən təqribən 250 km aralıda, Xəzər dənizinin şimal sahillərindəki Nabran qəsəbəsinin yaxınlığında yaşıl meşə əhatəsində, təbiətin dilbər bir guşəsində yerləşir.

Burada yeməkxana, diskoteka meydanı, idman meydançaları, həkim müayinə otağı, hamam və digər məişət obyektləri istifadəyə verilib.

İndi AzTU-nun Nabran İstirahət Mərkəzində hər il 500 nəfərədək əməkdaş və tələbə yay mövsümündə istirahət edir.

Ərazidə

İmkanlar

06
Yeməkxana
İdman meydançaları
Həkim müayinə otağı
Hamam
Diskoteka meydanı
Yaşıl meşə ərazisi
Nabran İstirahət Mərkəzi | AzTU