AzTU
İdarəetmə

Kitabxana İnformasiya Mərkəzi

Tələbələrin, akademik və inzibati heyətinin müasir məlumat informasiya mühitinə çıxışını təmin edən struktur vahid

8əməkdaş

Ümumi məlumat

Struktur Bölmə Haqqında

Kitabxana İnformasiya Mərkəzi tələbələrin, akademik və inzibati heyətinin müasir məlumat informasiya mühitinə çıxışını təmin edən, onların intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən, elmin və təhsilin inkişaf yönümlü fəaliyyətinə dəstək göstərən struktur vahididir.

KİM istifadəçilərinə informasiya təminatını, yerli və beynəlxalq təşkilatlar, dövlət qurumları, digər ali təhsil müəssisələrinin kitabxanaları ilə əməkdaşlıq çərçivəsində həyata keçirir.

Kitabxana İnformasiya Mərkəzi iki şöbədən təşkil olunmuşdur: Texniki Xidmətlər Şöbəsi və İnformasiya Xidmətləri Şöbəsi.

Texniki Xidmətlər Şöbəsiİnformasiya Xidmətləri Şöbəsi

Nəyə çalışırıq

Struktur Bölmənin Məqsədi

Azərbaycan Texniki Universitetinin Kitabxana–İnformasiya Mərkəzinin istifadəçilərinin müasir informasiya mühitinə çıxışını təmin etmək, onların informasiya tələbatını ödəmək, kitabxana-informasiya resurslarından səmərəli istifadəni təşkil etmək və elmi-tədris fəaliyyətinin inkişafına dəstək göstərməkdir. Bununla yanaşı, informasiya resurslarının toplanması, qorunması və gələcək nəsillərə çatdırılması, həmçinin müasir informasiya texnologiyalarından istifadə etməklə ənənəvi və rəqəmsal kitabxana-informasiya xidmətlərinin göstərilməsi də struktur bölmənin əsas məqsədlərindəndir.

İş prosesləri

Texniki Xidmətlər Şöbəsi

07
  1. 01
    Sorğuların qəbulu və sorğu olunan resursların analizi və statusunun müəyyənləşdirilməsi
  2. 02
    Şirkətlər, nəşriyyatlar, xarici verilənlər bazalarının nümayəndələri ilə qarşılıqlı danışıqların aparılması, onlayn və əyani şəkildə görüşlərin təşkili
  3. 03
    AzTU KİM Texniki Xidmətlər üzrə hüquqi sənədlərin hazırlanması, mövcud olan sənədlərin yenilənməsi
  4. 04
    Resursların qeyd olunan yollar ilə əldə edilməsi: Satınalma; Hədiyyə; Mübadilə yolu ilə
  5. 05
    Əldə olunan resursların lazımi qaydada yoxlanılması, sifariş yazılarının sistem üzərindən qeydiyyatı, mühasibatlıq, hüquq şöbələri ilə qarşılıqlı iş proseslərinin təşkili
  6. 06
    İnformasiya resurslarının texniki olaraq işlənilməsi: barkodların tətbiqi, möhürləmə, klassifikasiya kodları, zədəli resursların bərpası
  7. 07
    Rəqəmsallaşdırma və Kitabxana Sistemləri (RKS) xidmətləri

Rəqəmsal xidmətlər

Rəqəmsallaşdırma və Kitabxana Sistemləri (RKS) Xidmətləri

11
  1. 01
    Kitabxana Menecment Sistemi — kitabxananın bütün əməliyyatlarının idarə olunması, universitetin digər sistemləri ilə inteqrasiya
  2. 02
    Rəqəmsal Repozitariya Sistemi — DSpace rəqəmsal repozitariyasının idarəsi, Creative Commons, OAI-PMH, Dublin Core standartları
  3. 03
    Elektron Jurnal Platforması — beynəlxalq standartlara uyğun jurnal platforması, Crossref və ORCID inteqrasiyası
  4. 04
    Mərkəzin Veb Saytı — daxili qayda və prosedurlar, elektron və çap resursları
  5. 05
    İstinad İdarəetmə Cihazları — tədqiqat dəstəyi üçün texniki dəstək
  6. 06
    RFID Texnologiyaları — çap resurslarının təhlükəsiz dövriyyəsi
  7. 07
    Rəqəmsallaşdırma və Arxivləşdirmə — beynəlxalq standartlara (Library of Congress) uyğun uzun müddətli mühafizə
  8. 08
    Akademik Bazalardan İstifadə — abunə əsasında akademik verilənlər bazalarının fasiləsiz işi
  9. 09
    Əlçatanlıq (Accessibility) — görmə və eşitmə çatışmazlığı olan istifadəçilər üçün proqram dəstəyi
  10. 10
    Kitabxana Tətbiqləri — Online Randevu, Otaq Rezervasiyası
  11. 11
    İnformasiya Texnologiyaları — Komputerlər, Printer və Skaner, Smartboardlar

Oxucu xidmətləri

İnformasiya Xidmətləri Şöbəsi

06

AzTU Kitabxanasının İnformasiya Xidmətləri Şöbəsi kitabxanadan istifadə edənlərə kitabxana resursları və digər materialların verilməsini təmin edir. Dövriyyə masası, kitab rəfləri, oxu zalı, onlayn kataloqa giriş sistemlərindən ibarət olaraq kitabxananın əsas girişində yerləşir.

  1. 01
    Kitabxana istifadəçilərinə müvafiq materialların verilməsi (kitablar, jurnallar, audiovizual resurslar, qulaqcıqlar, qələmlər, karandaşlar, markerlər)
  2. 02
    Kitabxanadan istifadəyə dair statistik məlumatların toplanması, qaytarılan materialların yenidən yoxlanması
  3. 03
    Zədələnmiş materialları müəyyən etmək və ya təmir üçün lazımi şöbəyə təhvil vermək
  4. 04
    Dövriyyə texnologiyası problemlərinin aradan qaldırılması
  5. 05
    İstifadəçilərin qeydiyyata alınması, kitabxanadan istifadə qaydaları haqqında ilkin məlumatların verilməsi
  6. 06
    İş otaqlarının müəyyən müddət ərzində tələbələrin qrup dərsləri üçün rezerv edilməsi

Nə edirik

Fəaliyyət İstiqamətləri

08
  1. 01
    Kompleks kitabxana-informasiya xidmətləri göstərmək
  2. 02
    Çap və digər fiziki məlumat informasiya vasitələrindən istifadəni təmin etmək
  3. 03
    Elektron kataloqdan, xarici və beynəlxalq verilənlər bazalarından səmərəli istifadəni həyata keçirmək
  4. 04
    KİM istifadəçilərinin məlumat-informasiya təminatını, onların sorğuları üzrə düzgün istiqamətləndirilməsini həyata keçirmək
  5. 05
    Kitabxana-informasiya xidmətini müxtəlif üsullarla – dövriyyə xidmətləri, kitabxanalararası və beynəlxalq mübadilə, biblioqrafiya ilə təşkil etmək
  6. 06
    AzTU-nun profilinə uyğun kitabxana-informasiya resurslarının toplanılmasından, qorunaraq gələcək nəsillərə çatdırılmasından məsul olmaq
  7. 07
    İnformasiya istifadəçilərinin elektron verilənlər bazalarından, elektron arxivin axtarış imkanlarından istifadə bacarıqlarını formalaşdırmaq
  8. 08
    Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmaqla müasir informasiya texnologiyaları vasitəsilə ənənəvi və rəqəmsal xidmət təminatını həyata keçirmək

İllik hesabat

Hesabat: 2025-ci il

Universitetimizin təhsil missiyasının mərkəzində dayanan kitabxanamız rəqəmsal və fiziki xidmətlər təklif edərək resursların əlçatanlıq balansını təmin etməyi dəstəkləyir.

Bu hesabat 2025-ci il ərzində Azərbaycan Texniki Universiteti Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyətinin əsas istiqamətlərini, göstərilən xidmətlər, informasiya təminatı və kolleksiya inkişafını əhatə edir.

Hesabat dövründə 83 adda, ümumilikdə 187 nüsxə kitab fondun zənginləşdirilməsi məqsədilə qəbul edilmişdir. Elektron kataloqa 17 021 nüsxə kitab beynəlxalq standartlara uyğun biblioqrafik təsvir edilərək daxil edilmişdir. 572 nəfər oxucu üçün elektron hesab açılmışdır.

Aylar üzrə ziyarətçilərin sayı

1.815
İyun
556
İyul
844
Avqust
2.767
Sentyabr
4.230
Oktyabr
4.421
Noyabr
4.987
Dekabr

Akademik Verilənlər Bazaları

08
  1. 01
    EBSCO — "Science & Technology Collection" və "Academic Search Complete" (1 aylıq sınaq: 1 aprel – 3 may 2025)
  2. 02
    IEEE Xplore — mühəndislik və texnologiya sahəsində geniş elmi resurslar (1 aylıq sınaq)
  3. 03
    O'Reilly — 50 000+ e-kitab, 4 000 onlayn kurs, audio kitablar (1 aylıq sınaq)
  4. 04
    HeinOnline — hüquq və humanitar elmlər üzrə elektron resurslar (31 oktyabr 2025-dək)
  5. 05
    ProQuest Central — Cambridge, Springer, Elsevier, Emerald nəşriyyatları; 43 000 jurnal, 2.5 milyon konfrans materialı
  6. 06
    IEEE Computer Society Rəqəmsal Kitabxanası — kompüter elmləri üzrə 1 illik abunə
  7. 07
    Turcademy — Türkiyənin aparıcı akademik e-kitab platforması; 950+ akademik kitab (1 illik)
  8. 08
    O'Reilly — AI, proqramlaşdırma, kibertəhlükəsizlik, data elmi; 50 000+ e-kitab (1 illik tam çıxış)

E-poçt Sorğuları

79

2025-ci il ərzində ümumilikdə 79 (yetmiş doqquz) elektron poçt sorğusu cavablandırılmışdır. Daxil olan sorğuların hər biri mövzu və məzmun baxımından təhlil edilmiş, beynəlxalq elmi standartlara uyğun şəkildə cavablandırılmışdır.

Qarşıdakı Hədəflər

06

Elektron resursların sayının artırılması

Rəqəmsallaşdırma prosesinin sürətləndirilməsi

WorldCat — qlobal kataloq platformasına qoşulmaq

Beynəlxalq məlumat bazalarına çıxışın genişləndirilməsi

Oxucular üçün innovativ xidmətlərin tətbiqi

Kitabxana əməkdaşlarının peşəkar inkişafının təmin edilməsi

Rəhbərlik

Direktor

Bioqrafiya

10 iyul 1988-ci ildə İsmayıllı rayonunda anadan olub. Orta təhsilini İsmayıllı rayon 1 saylı orta məktəbində oxuyub. 2006-2010-cu illərdə Bakı Dövlət Universitetinin İnformasiya və Sənəd Menecmenti fakültəsinin məzunu olub. 2010-2012-ci illərdə həmin fakültənin magistratura pilləsini fərqlənmə ilə bitirib.

Kollektivdə peşəkarlıqla işləmək və yeniliklərə doğru addımlamaq bacarığı ona tələbəlik illərində işə başlamağa yardımçı olub. 2011-2024-cü illərdə F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Azərbaycan Dillər Universiteti, Milli Aviasiya Akademiyasının Elmi kitabxana və informasiya mərkəzlərində çalışıb. 2019-2021-ci illərdə Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsində pedaqoji fəaliyyət göstərib.

Təhsil

2010–2012

Bakı Dövlət Universiteti — Kitabxana fondlarının formalaşması və istifadəsi / Magistr (fərqlənmə ilə)

2006–2010

Bakı Dövlət Universiteti — Kitabxanaşünaslıq və biblioqrafiya / Bakalavr

OfisVIII korpus, 2-ci və 3-cü mərtəbə
İş saatları09:00 – 17:30

Heyət

Əməkdaşlar

08

İbrahimov İltifat Əli

Magistr dərəcəsi

Hacıyeva Xəyalə Nurullah

Magistr dərəcəsi

Cəfərova Yeganə Vidadi

Bakalavr

Quliyev Tural Arif

Bakalavr

Əliyeva Məhsəti Baloğlan

Magistr dərəcəsi

Mürsəlova Cavahir Camaləddin

Magistr dərəcəsi

Nəsirova Fidan Ramin

Bakalavr

Məmmədova Şəfiqə Maşallah

Bakalavr

Bizə yazın

Əlaqə

ÜnvanVIII korpus (ikinci və üçüncü mərtəbə)
Telefon17 00 / 17 01
E-poçtlibrary.services@aztu.edu.az
İş saatları09:00 – 17:30
Kitabxana İnformasiya Mərkəzi | AzTU