AzTU
İdarəetmə

Karyera və Məşğulluq Mərkəzi

Tələbə və magistrantların karyera inkişafına dəstək, əmək bazarına inteqrasiya

6əməkdaş

Ümumi məlumat

Haqqında

Azərbaycan Texniki Universiteti PHŞ Karyera və Məşğulluq Mərkəzi 7 aprel 2016-cı il tarixində yaradılmışdır. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmr və sərəncamlarını, Azərbaycan Texniki Universiteti PHŞ-nin Nizamnaməsini və Karyera və Məşğulluq Mərkəzinin Əsasnaməsini rəhbər tutur.

Karyera və Məşğulluq Mərkəzi universitetin tələbə və magistrantlarının karyera inkişafının dəstəklənməsi, ixtisas üzrə istehsalat təcrübələrinin təşkili, praktiki bacarıqların və peşə səriştələrinin artırılması, məşğulluq imkanlarının genişləndirilməsi və əmək bazarına inteqrasiyasının asanlaşdırılması istiqamətində fəaliyyət göstərir.

Mərkəzin əsas məqsədlərindən biri məzunlarla universitet arasında davamlı əməkdaşlığın təmin olunması və onların əmək bazarındakı mövqelərinin izlənməsidir. Bu istiqamətdə fəxri məzunlarla iş, tələbələrə fərdi karyera məsləhətləri verilməsi, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi və innovativ tərəfdaşlıqların təşviqi kimi fəaliyyətlər həyata keçirilir.

Məzunlarla əlaqələrin sistemli şəkildə qurulması məqsədilə Elmi Şuranın 08 iyun 2025-ci il tarixli 10 saylı protokoluna əsasən Karyera və Məşğulluq Mərkəzinin nəzdində Məzunlar Assosiasiyası yaradılmışdır.

Nəyə çalışırıq

Məqsədlər

11
  1. 01
    Tələbə və magistrantların karyera inkişafını dəstəkləmək
  2. 02
    Praktiki bacarıq və peşə səriştələrinin artırılmasını təmin etmək
  3. 03
    İstehsalat təcrübələrinin təşkili
  4. 04
    Məşğulluq imkanlarını genişləndirmək
  5. 05
    Tələbələrin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq
  6. 06
    Məzunlarla universitet arasında davamlı əməkdaşlığı təmin etmək
  7. 07
    Məzunların əmək bazarındakı mövqelərini izləmək
  8. 08
    Tələbələrə fərdi karyera məsləhətləri vermək
  9. 09
    Universitet-sənaye əməkdaşlığını gücləndirmək
  10. 10
    İnnovativ tərəfdaşlıqları təşviq etmək
  11. 11
    Məzunlarla sistemli əlaqələri qurmaq və inkişaf etdirmək

Nə edirik

Əsas Funksiyalar

07
  1. 01

    Karyera planlaması və fərdi konsultasiya

    Tələbə və məzunlara şəxsi və peşəkar inkişaf strategiyasının qurulmasında dəstək.

  2. 02

    Karyera təlim proqramları və karyera sərgiləri

    Tələbələrin ixtisas və maraqlarına uyğun praktik imkanların təmin edilməsi.

  3. 03

    İş axtarışı və təcrübə proqramları

    Tələbələrin ixtisas və maraqlarına uyğun təcrübə imkanlarının təmin olunması.

  4. 04

    Rezüme və niyyət məktubu hazırlığı, müsahibəyə hazırlıq

    Peşəkar sənədlərin hazırlanması və müsahibə bacarıqlarının təkmilləşdirilməsi.

  5. 05

    Müəssisələrlə əlaqələrin qurulması və şəbəkələşmə tədbirləri

    Tələbə və məzunların potensial işəgötürənlərlə əlaqəsinin gücləndirilməsi.

  6. 06

    Məzunlarla əməkdaşlıq və ilhamlandırma

    Məzun uğur hekayələri və mentorluq proqramları vasitəsilə tələbələrin motivasiyasının artırılması.

  7. 07

    İstehsalat təcrübəsi

    Tələbələrin real iş mühitində praktik bilik və bacarıqlarını inkişaf etdirməsi üçün müəssisələrlə əməkdaşlıq çərçivəsində təcrübə imkanlarının təşkil edilməsi.

Akademik yol

Təhsil

03
  1. 2014–2025

    Doktorantura — Azərbaycan Memarlıq və İnşaat Universiteti

  2. 2010–2012

    Magistr (fərqlənmə ilə) — Azərbaycan Memarlıq və İnşaat Universiteti

  3. 2006–2010

    Bakalavr — Azərbaycan Memarlıq və İnşaat Universiteti

İnzibati heyət

Əməkdaşlar

06

Şahmarova Günel Şahvələd

Əliyev Malik Etibar

Abdullayeva Tuti Tehran

Sadıxzadə Bayaz Səbuhi

Hüseynzadə Qərib Zahid

Yusubova Aynur Eldar

Bizə yazın

Əlaqə

ÜnvanI korpus, 310-cu otaq
Telefon1130E-poçtkaryera.merkezi@aztu.edu.az
İş saatları09:00 – 17:30
Karyera və Məşğulluq Mərkəzi | AzTU