AzTU İdman Klubu
Tələbələrin sağlam həyat tərzi və idman nailiyyətləri üçün yaradılmış mərkəz
Klubun Tarixi və Fəaliyyəti
Azərbaycan Texniki Universitetinin (AzTU) "Bədən tərbiyəsi və idman" kafedrası 1950-ci ildə yaradılmışdır. Kafedranın ilk müdiri dövrünün tanınmış idman mütəxəssisi O.M.Sarkisov olmuşdur.
2015-ci ildə Təhsil Nazirliyinin əmri ilə kafedra ləğv edilmiş və onun bazasında "AzTU İdman Klubu" yaradılmışdır. Klubun əsas məqsədi tələbələr arasında bədən tərbiyəsi və idmanın kütləviliyini təmin etmək, onları sağlam həyat tərzinə cəlb etməkdir.
Klub universitetin daxili yarışlarını təşkil etməklə yanaşı, həm də AzTU-nu respublika səviyyəli çempionatlarda, universiadalarda və beynəlxalq turnirlərdə təmsil edir.
Klubun Sədri
Aydın Ağalıyev
Azərbaycanın fəxri bədən tərbiyəsi işçisi, SSRİ idman ustası

