Həmkarlar İttifaqı Komitəsi
"Azərbaycan Texniki Universitetinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsi"
Haqqında
Azərbaycan Texniki Universitetinin (AZTU) Həmkarlar İttifaqı Komitəsi universitetdə çalışan əməkdaşların (müəllim, inzibati heyət və s.) sosial-iqtisadi hüquqlarını qorumaq və onların rifahını yaxşılaşdırmaq istiqamətində fəaliyyət göstərən ictimai təşkilatlardan biridir.
Təşkilat maddi yardım və sosial dəstək proqramları təşkil edir, idman və mədəni-kütləvi tədbirlər keçirir, sanatoriya-kurort və istirahət mərkəzlərinə güzəştli yollayışlar təqdim edir, təhsil müəssisələrində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına dəstək verir.
Hal-hazırda təşkilatın 1200-dən artıq üzvü var.
Məqsədlər
Təhsil işçilərinin mənafelərini və həmkarlar ittifaqının hüquqlarını pozan qanunvericilik aktları, dövlət orqanlarının qərarları, sərəncamları barədə müvafiq qanunvericilik, icra və məhkəmə orqanlarına müraciət etmək
Təhsil işçilərinin əmək və məişət şəraitinin yaxşılaşdırılmasına, üzvlərinin sağlamlığının möhkəmləndirilməsinə dair təkliflər vermək
Fərdi əmək mübahisələrinin qanunvericilik çərçivəsində həll olunmasına köməklik etmək, kollektiv əmək mübahisələrinə baxılmasında iştirak etmək
Üzvlərinin sağlamlığının möhkəmləndirilməsinə qayğı göstərərək təqaüd təminatının, sanatoriya-kurort müalicəsinin və istirahətlərinin təşkilində onlara köməklik göstərmək
Xarici ölkələrin uyğun həmkarlar ittifaqı təşkilatları ilə əlaqələr, təcrübə və məlumat mübadiləsini təşkil etmək
Dövlət orqanlarında, işəgötürənlərin təşkilatlarında, ictimai və siyasi təşkilatlarda öz üzvlərinin qanuni hüquq və mənafelərini müdafiə etmək
Ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən ekoloji faktorların aradan qaldırılmasına, üzvlərinin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə ictimai nəzarətin həyata keçirilməsinə kömək etmək
Həmkarlar ittifaqı təşkilatlarının həmrəyliyini gücləndirmək, üzvlərə ödənişsiz əmək, sosial və digər hüquqi məsələlər üzrə məsləhətlər vermək, maddi yardım göstərmək
Əsas Funksiyalar
Əmək hüquqlarının müdafiəsi
- İşçilərin əmək hüquqlarını qoruyur və onların qanuni maraqlarını müdafiə edir
- Əmək müqavilələrinin düzgün tətbiqinə nəzarət edir
- Əmək mübahisələrinin həllində hüquqi dəstək göstərir
Sosial-iqtisadi maraqların təmin edilməsi
- Əməkhaqqının artırılması və sosial təminatların yaxşılaşdırılması istiqamətində təşəbbüslər irəli sürür
- Maddi yardım və sosial dəstək proqramları təşkil edir
- İşçilərin rifahının yüksəldilməsi üçün layihələr həyata keçirir
Kollektiv müqavilələrin bağlanması
- İşəgötürənlərlə kollektiv müqavilələrin hazırlanmasında və imzalanmasında iştirak edir
- İşçilərin hüquqlarını təmin edən şərtlərin müqavilələrdə əks olunmasına nəzarət edir
Əməyin mühafizəsi və təhlükəsizliyin təmin edilməsi
- Təhsil müəssisələrində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına dəstək verir
İstirahət və sağlamlıq proqramlarının təşkili
- Sanatoriya-kurort və istirahət mərkəzlərinə güzəştli yollayışlar təqdim edir
- İdman və mədəni-kütləvi tədbirlər keçirir
Təhsil və peşəkar inkişafın dəstəklənməsi
- Müəllim və alimlərin peşəkar inkişafına dəstək göstərir
- Elmi və pedaqoji təşəbbüsləri təşviq edir
Beynəlxalq əməkdaşlıq
- Xarici həmkarlar ittifaqları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir
- Təcrübə mübadiləsi və beynəlxalq layihələrdə iştirak edir
Struktur
Bürolar
Komitənin daxilində 9 ilk təşkilat (büro) fəaliyyət göstərir
Piriyeva Lalə Zakir qızı
Piriyeva Lalə Zakir qızı — filologiya üzrə fəlsəfə doktoru, dosent, filologiya sahəsi üzrə ixtisaslaşmış mütəxəssisdir. O, dil və ədəbiyyat istiqamətində elmi və pedaqoji fəaliyyət göstərir.
Piriyeva L.Z pedaqoji fəaliyyətində Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramından irəli gələn tələblərə uyğun olaraq tələbələrə Azərbaycan dilində işgüzar və akademik kommunikasiya üzrə materialların aşılanması və mövcud istiqamət üzrə tələbələrə bilik və bacarıqların formalaşdırılması fənnin hədəflərini təşkil edir.
Hazırda o, Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının dosenti kimi fəaliyyət göstərir. Eyni zamanda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun doktorantıdır.
O, 16-dan çox elmi məqalənin və 2 monoqrafiyanın, 1 dərs vəsaitinin, 1 proqramın müəllifidir.
Təhsil
Əməkdaşlar
Əlaqə
+99450 889 64 46
lale.piriyeva@aztu.edu.az
I korpus, 203-cü otaq

