Beynəlmiləlləşmə
Orhun Mübadilə Proqramı
Türk dünyasında akademik əməkdaşlığı və mədəni əlaqələri gücləndirən mobilite təşəbbüsü.
HAQQIMIZDA
Azərbaycan Texniki Universiteti Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) aktiv üzvüdür. Bu çərçivədə universitet Orhun Mübadilə Proqramında iştirak edir.
Orhun Mübadilə Proqramı Türk Universitetlər Birliyinə üzv ali təhsil müəssisələri arasında akademik əməkdaşlığın və mədəni əlaqələrin gücləndirilməsini hədəfləyən mobilite proqramıdır. Proqram tələbə və akademik heyətə tərəfdaş universitetlərdə təhsil almaq, tədris aparmaq və elmi tədqiqat fəaliyyətlərində iştirak etmək imkanı yaradır.
İştirakçı Ölkələr
Proqram əsasən Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq edən aşağıdakı ölkələrin universitetlərini əhatə edir:
- 01Azərbaycan
- 02Türkiyə
- 03Qazaxıstan
- 04Qırğızıstan
- 05Özbəkistan

