Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Pakistanda bir semestr güzəştli təhsil imkanı

Pakistanda bir semestr güzəştli təhsil imkanı

2025-12-03
62

Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbələri Pakistan İslam Respublikasının Milli Elm və Texnologiya Universitetində (NUST) 2025/2026-cı tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.

Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparılır. Bu səbəbdən tələbələr NUST-da 1 semestrlik təhsil haqqından azad olunacaq, yataqxana və gündəlik yemək NUST tərəfindən təmin olunacaq. Yalnız beynəlxalq və yerli nəqliyyat, fərdi tələbat və ayda təxminən 60 ABŞ dolları məbləğində kommunal xidmətlər tələbənin özü tərəfindən qarşılanacaq.

Mübadilə tələbələri üçün təklif olunan ixtisasları linkə daxil olmaqla əldə edə bilərsiniz.

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

- AzTU-nun bakalavr (2-ci və 3-cü kurs) tələbəsi olmaq;

Ərizə forması;

- Transkript (ÜOMG minimum 75 bal);

- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi).

Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

· IELTS/TOEFL sertifikatı olanlar və ingilis dili bölməsində təhsil alanlar birbaşa seçiləcək.

Müraciət üçün son tarix: 09.12.2025

Əlaqə:

Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)

E-mail: [email protected]

Tel: (+994 12) 539 13 48