Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Kibertəhlükəsizlik kafedrasının müəllimi beynəlxalq konfransda çıxış edəcək

Kibertəhlükəsizlik kafedrasının müəllimi beynəlxalq konfransda çıxış edəcək

2023-02-27
886

Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik kafedrasının müəllimi İlkin Cavadov 14-16 mart 2023-cü il tarixlərində Dubay Dünya Ticarət Mərkəzində keçiriləcək beynəlxalq kibertəhlükəsizlik sərgi və konfransında (GISEC Global) “Dark Stage” mövzusunda çıxış edəcək.

Konfransda əşyaların interneti, kibertəhlükəsizlik, 5G və telekommmunikasiya, süni intellekt, blokçeyn, rəqəmsal şəhərlər, mobillik və robototexnika mövzuları müzakirə olunacaq.

Məlumat üçün bildirək ki, İlkin Cavadov AzTU-nun məzunudur. Hazırda “Milli Kart MMC”də “Senior pentration tester” kimi çalışır, tanınmış etik hakinq mütəxəssislərindən biridir. Onun etik hakinq etdiyi təşkilatlar sırasında Birləşmiş Krallığın Müdafiə Nazirliyi və Milli Kibertəhlükəsizlik Mərkəzi, həmçinin Almaniya Müdafiə Nazirliyini göstərmək olar.

İlkin Cavadov Birləşmiş Krallığın Müdafiə Nazirliyi və Almaniya Silahlı Qüvvələrinə boşluqları bildirdiyi üçün həmin qurumlar tərəfindən medulla təltif olunub (VDPBw, Vulnerability Disclosure Policy der Bundeswehr).

Etik hakinq fəaliyyətinə görə İlkin Cavadov bir çox məşhur şirkətin, həmçinin CERT-EU-nun “Şöhrət Zalı”na daxil edilib.