Azərbaycan Texniki Universitetinin (AzTU) Hüquq sektoruna hüquqşünas vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
· Hüquq üzrə ali təhsil (Magistr dərəcəsinin olması üstünlükdür);
· Hüquq sahəsində minimum 1 il iş təcrübəsi;
· Azərbaycan Respublikasının Mülki, Mülki Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar Məcəlləsini, İcra haqqında qanunu bilməli;
· Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
· Mülki (əqdlər, korporativ hüquq və s.), inzibati, əmək, miqrasiya, təhsil, mülki və inzibati prosessual qanunvericilik biliyi;
· Hüquqi sənədləri tərtib etmək qabiliyyəti;
· Məntiqi və hüquqi analiz qabiliyyətinin olması;
· Komandada işləmək bacarığı;
· İngilis dili biliyi olanlara üstünlük veriləcək.
Öhdəliklər:
· Müxtəlif növ müqavilələrin hazırlanması, müqavilə layihələrinə hüquqi rəy və təkliflər verilməsi;
· Dövlət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, sorğu, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab hazırlanması;
· Universitetin etibarnamə əsasında dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında, məhkəmələrdə təmsil edilməsi, hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
· Müxtəlif sahələr üzrə qanunvericiliyin tələblərinə dair mütəmadi olaraq rəylər və arayışlar hazırlamaq, mövcud sənədləri qanunvericilikdəki dəyişikliklərə uyğunlaşdırmaq;
· Universitetin fəaliyyətini tənzimləyən müxtəlif növ qərarların, əmr və sərəncamların, əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və ya onlara hüquqi rəy verilməsi.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini cv@aztu.edu.az elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 30.05.2025-ci il saat 18:00