Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Almaniyanın Rostok Universitetində bir semestr mübadilə imkanı

Almaniyanın Rostok Universitetində bir semestr mübadilə imkanı

2025-11-18
6

Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbələri Almaniyanın Rostok Universitetində 2025/2026-cı tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.

Qeyd edək ki, Rostok Universitetində tədris alman və ingilis dillərində aparılır. Hər iki dildə ixtisas və tədris planları ilə aşağıdakı linklərə keçid edərək tanış ola bilərsiniz:

· Fənlərin kataloqu

· Tələbə əl kitabçası

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

· AzTU-nun bakalavr (2-ci və 3-cü kurs) tələbəsi olmaq;

· Ərizə forması;

· Transkript (ÜOMG minimum 75 bal);

· İngilis (min. B2) və ya alman dili (min. B1) biliyini təsdiq edən sənəd.

QEYD: Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparıldığına görə Rostock Universitetində bir semestrlik təhsil haqqı istisna olmaqla, digər bütün xərclər (yol, qalmaq və gündəlik xərclər) tələbənin özü tərəfindən qarşılanacaq.

Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

· Alman dili biliyi üzrə Goethe, Test DAF, Telc rəsmi sertifikatları, ingilis dili biliyi üzrə IELTS/TOEFL sertifikatı olanlar və alman və ya ingilis dili bölməsində təhsil alanlar birbaşa seçiləcək.

· Sertifikat təqdim etmiş müraciətçilərin sayı nəzərə alınaraq, sertifikat təqdim etməyənlər üçün ingilis dili biliyi üzrə imtahan təşkil oluna bilər.

Müraciət üçün son tarix: 03.12.2025 

Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)

E-mail: [email protected]