25 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi tərəfindən “İnnovativ inkişaf: Statistikadan iqtisadiyyata” mövzusunda II Respublika elmi-praktiki konfransı keçiriləcək.
Konfransın istiqamətləri:
· iqtisadi tədqiqatlarda innovasiyalar,
· statistik istehsal proseslərində innovasiyaların tətbiqi,
· sosial-iqtisadi proseslərin modelləşdirilməsi (ekonometriya),
· rəqəmsal iqtisadiyyata keçid perspektivləri (transformasiya),
· tədris prosesinin təşkilində innovasiyalar.
Konfransın işçi dili: Azərbaycan dili.
Məqalənin təqdimatının son tarixi: 20.10.2022
Ətraflı məlumat üçün əlaqə:
Tel: (012) 538-94-16
E-poçt: [email protected]