News

Ana səhifə Xəbərlər Xəbər

THİK-in "Həmkar Qadınlar" departamentinin bir qrup fəal tələbəsi "Autizm Mərkəzi"ni ziyarət ediblər

2023-10-28
273
News

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) "Həmkar Qadınlar" departamentinin bir qrup fəal tələbəsi "Autizm Mərkəzi"ni ziyarət ediblər.

AzTU THİK-in "Həmkar Qadınlar" departamentinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə "Birgə və Sağlam" İctimai Birliyinin tərkibində fəaliyyət göstərən "Autizm Mərkəzi"nə təşkil olunan səfər zamanı universitetin tələbələri mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.

Həmçinin tələbələrmərkəzin tərkibində fəaliyyət göstərən autizmli gənclərin "Mavi Ürəklər"Xor və ritm qrupunun çıxışlarını izləyib, onlarla birlikdə mahnı ifa ediblər.